Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilər?

Redaktor

29.01.2026 15:43
89

Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilər? - AÇIQLAMA

Bakı metrosunda həyata keçirilməsi nəzərdə tutulan xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunelin inşası nəzərdə tutulub.

Bu tunelin inşasına başlanılacağı zamandan etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcək.

Belə ki, tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq.

Bu səbəbdən metronun “Dərnəgül” stansiyası istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

Sözügedən dəyişiklər, yəni sərnişinlərin alternativ ictimai nəqliyyat vasitəsindən istifadə etməsi onların səfər xərcini artıra bilər. Məsələn, sərnişin “Həzi Aslanov” stansiyasından “Elmlər Akademiyası” stansiyasına getmək istəyirsə, “Həzi Aslanov” stansiyasında metroya daxil olarkən ödəniş edəcək, eyni zamanda “28 may” stansiyasından çıxıb “Nizami” stansiyası istiqamətində getmək üçün avtobusa minərkən ödəniş etmək və “Nizami” stansiyasından da metroya daxil olub “Elmlər Akademiyası” stansiyasına gedərkən ödəniş etmək məcburiyyətində qalacaq.

Yaranmış zərurəti nəzərə alaraq sözügedən istiqamətlərdə hərəkət edən sərnişinlərə ödənişlərlə bağlı güzəşt tətbiq edilə bilərmi?

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı “APA-Economics”ə açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bu prosesin necə tənzimlənməsi istiqamətində hesablamaların aparıldığını bildirib:

“Metronun büdcəsi ilə AYNA-nın büdcəsi fərqlidir. Ona görə də hesablamalar aparılır ki, görək bu məsələ necə olacaq. Hələ ki, müzakirələr gedir. Əsas odur ki, biz sərnişin sıxlığını qarşılamaq üçün neçə marşrutun lazım olduğunu hesablamışıq. Çünki burda özəl daşıyıcılar da var. Biz özəl daşıyıca desək ki, sən ödəniş alma, bu, suallara səbəb ola bilər. Ona görə də biz o məsələyə baxırıq. Biz nəqliyyatçılardan asılı olan odur ki, baxırıq ki, sərnişinləri necə aparıb ünvana çatdıraq. Onun bizdə cavabı var. Biz ona hazırıq. Metro işlərə tamamilə hazır olanda biz də prosesə başlayacağıq”.

Qeyd edək ki, ötən gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə qeyd edilib ki, metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin ayrılması dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək. Bildirilib ki, bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq. Bu marşrutlar əsasən "Nizami–28 May", eləcə də "Əcəmi–28 May" kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək. Metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri avtobuslar kompensasiya edəcək.

Xatırladaq ki, Bakı metropolitenində xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə ötən il başlanılıb. Həmin zamanda metro tərəfindən xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanılmasının nəzərdə tutulduğu bildirilirdi. Lakin proses bir qədər ləngiyir. Belə ki, layihənin birinci mərhələsi xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Bu çərçivədə “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur.

“Bakı Metropoliteni” QSC-nin dünən yaydığı açıqlamada bildirilib ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır:

“Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.

AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu gün general rütbəsi alan şəxslər kimdir?

29.01.2026

Taleh Kazımova xanım müşavir təyin edildi

29.01.2026

Prezident onlara general rütbəsi verdi - SİYAHI

29.01.2026

Tərtərin prokuroru işdən çıxarıldı - Bu vəzifəyə təyin edildi

29.01.2026

Kakao ixracından gəlir 3 milyon dollardan çox artıb

29.01.2026

2 gündə 9 milyard itirdi

29.01.2026

Azərbaycanda ötən ilin ən riskli internet provayderləri açıqlandı

29.01.2026

Xaricdən düyünün kiloqramı Azərbaycana 1 manat 55 qəpiyə gətirilib

29.01.2026

"Tesla" bu avtomobil modellərinin istehsalını dayandırır - SƏBƏB

29.01.2026

Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilər? - AÇIQLAMA

29.01.2026

İstintaqa baxmayaraq, bir ildə 11,6 milyard dollar gəlir əldə ediblər

29.01.2026

Texnologiya nəhənglərinin gəliri kəskin artıb - Rəqəmlər açıqlandı

29.01.2026

Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə

29.01.2026

Fuad Nağıyev bu idarəyə xanım rəis təyin etdi

29.01.2026

Neft Fondu ötən il nə qədər valyuta satıb? - Aylıq dinamika

29.01.2026
“Son 3 ədəd qaldı” cümləsi müştərini almağa vadar edir"

“Son 3 ədəd qaldı” cümləsi müştərini almağa vadar edir"

29.01.2026

ABŞ hökuməti qanunları belə süni intellektə yazdırır

29.01.2026

Azərbaycanda bu şəxslərə kompensasiya veriləcək

29.01.2026

Onlar əsgərlikdən tamamilə azad edilir

29.01.2026

Şəxsi aşpaza 500 min dollar maaş - Milyarderlərin yemək xərcləri

29.01.2026

Məzənnə

Yüklənir...