Redaktor
"Tesla" bu avtomobil modellərinin istehsalını dayandırır - SƏBƏB
"Tesla" 2026-cı ildən etibarən "Model S" və "Model X" avtomobillərinin istehsalını dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru İlon Mask son rüblük maliyyə nəticələrinin açıqlandığı iclasda məlumat verib. Bildirilib ki, hər iki modelin son versiyaları növbəti rübdə istehsal olunacaq, mövcud istifadəçilər üçün texniki dəstək isə davam edəcək.
Mask qeyd edib ki, "Tesla"nın gələcək strategiyası otonom texnologiyalar və robotika üzərində qurulub. Bu çərçivədə Fremont zavodundakı istehsal xətti "Optimus" insansı robotları üçün ayrılacaq, "Cybertruck" istehsalı isə "Texas"da davam edəcək.
Qeyd edək ki, 2012-ci ildə təqdim olunan "Model S" və 2015-ci ildə bazara çıxan "Model X" uzun illər "Tesla"nın amiral gəmisi olub. Lakin şirkətin əsas böyüməsi son illərdə "Model 3" və "Model Y" hesabına baş verib. 2026-cı ildə istehsalın dayandırılması, "Tesla"nın ilk inkişaf mərhələsinin də başa çatması kimi qiymətləndirilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKakao ixracından gəlir 3 milyon dollardan çox artıb
29.01.20262 gündə 9 milyard itirdi
29.01.2026Azərbaycanda ötən ilin ən riskli internet provayderləri açıqlandı
29.01.2026Ölkəyə idxal edilən düyünün qiyməti ucuzlaşıb
29.01.2026"Tesla" bu avtomobil modellərinin istehsalını dayandırır - SƏBƏB
29.01.2026Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilər? - AÇIQLAMA
29.01.2026İstintaqa baxmayaraq, bir ildə 11,6 milyard dollar gəlir əldə ediblər
29.01.2026Texnologiya nəhənglərinin gəliri kəskin artıb - Rəqəmlər açıqlandı
29.01.2026Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
29.01.2026Fuad Nağıyev bu idarəyə xanım rəis təyin etdi
29.01.2026Neft Fondu ötən il nə qədər valyuta satıb? - Aylıq dinamika
29.01.2026