Redaktor
Texnologiya nəhəngləri ekranaltı kameralardan imtina edir?
"Apple" və "Samsung" kimi aparıcı texnologiya şirkətləri ekranaltı kamera texnologiyasını tətbiq etməkdə çətinliklərlə üzləşir. Bu çətinliklər, sözügedən texnologiyanın gələcəyi ilə bağlı suallar doğurur və onun geniş miqyasda mənimsənilməsini ləngidə bilər.
Valyuta.az xəbər verir ki, "Samsung", Galaxy Z Fold 3 və sonrakı qatlanan modellərdə ekranaltı kamera (UDC) texnologiyasını sınamışdı. Lakin artıq bu texnologiya əvvəlki qədər maraq doğurmur.
“Nubia” kimi bəzi markalar "Red Magic 10 Pro" modeli ilə bu sahədə irəliləyişlər əldə etməyə çalışsa da, "Samsung" və "Apple" gələcək cihazlarında bu texnologiyadan vaz keçə bilər.
Cənubi Koreyanın "Naver" platformasında yeux1122 istifadəçi adı ilə tanınan mənbənin verdiyi məlumata görə, "Samsung" “xərclərin optimallaşdırılması və digər texniki məsələlərin hələ də həll olunmaması” səbəbilə gələcək qatlanan cihazlarında ekranaltı kameralardan istifadə etməyə bilər. Başqa sözlə, şirkətin gələn il təqdim etməyi planlaşdırdığı yeni qatlanan modellərində bu texnologiyaya yer verilməyə bilər.
Bu iddialar, "Samsung"un ötən il təqdim etdiyi "Galaxy Z Fold 6 Special Edition" modelində də təsdiqini tapır. Belə ki, bu xüsusi buraxılışda ön kamera üçün ekranaltı texnologiya deyil, klassik deşikli ekran dizaynı seçilmişdi. Bu da şirkətin texnologiyaya olan marağının azaldığını göstərir.
"Apple" isə 2027 və ya 2028-ci illərdə ekranaltı kameralı qatlanan bir "iPad" təqdim etməyi planlaşdırır. Lakin hazırda bu texnologiyanı tətbiq etməklə bağlı ehtiyatlı mövqe sərgiləyir. "Apple" və "Samsung" bu texnologiyanın inkişafında texniki və iqtisadi çətinliklərlə qarşılaşdıqları üçün, onu geniş istehsala uyğunlaşdırmaqda tərəddüdlü davranırlar. Eyni zamanda, yüksək istehsal xərcləri də bu texnologiyanın yayılmasının qarşısını alan əsas amillərdəndir.
Bu tendensiya, texnologiya sektorunda yeni kamera yanaşmalarına ehtiyac duyulduğunu və istifadəçi təcrübəsini pozmadan daha praktik həllərin axtarıldığını göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026