SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb

Redaktor

16.01.2026 10:29
54

SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.

Bu barədə Valyuta.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb.

Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.

İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.

SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspertlər izah etdi: Niyə hotellərdə Wi-Fi-dən heç vaxt istifadə etməməlisiniz?

16.01.2026

"Nvidia" yaddaş çatışmazlığı səbəbindən 16 GB qrafik kartlarından imtina edir

16.01.2026

Bayramlar üst-üstə düşdükdə əmək məzuniyyəti bu qaydada tənzimlənəcək

16.01.2026

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası dəyişib

16.01.2026

Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq

16.01.2026

"Google" "Gemini 3"ü "Gmail"ə əlavə etdi: 2026-cı ildə e-poçt necə dəyişəcək?

16.01.2026

“Baku Electronics” də qaydaları pozub - Agentlik göstəriş verdi

16.01.2026

ASCO-nun yeni sədri kimdir? - DOSYE

16.01.2026

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

16.01.2026

"Azər Türk Bank"ın mənfəəti azalıb

16.01.2026

Varlılar borcdan necə fərqli istifadə edir?

16.01.2026

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Məzənnə

Yüklənir...