Redaktor
Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)
Ağstafa İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun ucqar yaşayış məntəqələrindən olan Köhnəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq kənd tam orta məktəb binasının iclas zalında Seymur Orucovun rəhbərliyi ilə keçən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə müəssisə, idarə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, uğurlu daxili və xarici siyasətindən söz açaraq bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapdı, ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edildi. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
Səyyar qəbulda vətəndaşlar müxtəlif məzmunlu müraciət və təkliflər irəli sürüb, onları maraqlandıran məsələləri diqqətə çatdırıblar. Hər bir məsələnin həlli ilə bağlı ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026