Redaktor
Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex Trucks & Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, “İmprotex Trucks & Buses” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 572 551.38 manat vergi borcunun olduğu üzə çıxıb.
Bundan əvvəl isə şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” MMC-nin ötən ayın sonunda dövlət qarşısında külli miqdarda - 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb. Amma qısa müddət sonra həmin borc ödənilib.
Xatırladaq ki, “Improtex” şirkətlər qrupunun bir qolu olan “İmprotex Trucks & Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-da hara səyahət etməli və Avropanın müxtəlif guşələrində hansı yeniliklər olacaq?
08.01.2026Saxta mavi ekran tələsinə diqqət: Hər şeyinizi itirə bilərsiniz
08.01.2026Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası
08.01.2026"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?
08.01.2026Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir
08.01.2026İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət
08.01.2026Sahil Babayevin yeni müavini o oldu
08.01.2026Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək
08.01.2026Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər
08.01.2026"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi
08.01.20262026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?
08.01.2026"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib
08.01.2026Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur
08.01.2026İxrac gəlirləri azalan şirkətlər - SİYAHI
08.01.2026