Redaktor
Rəhman Hümmətov: "Yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələr daha sərt olmalıdır"
Yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozanlara qarşı daha sərt cəza tədbirlərinin tətbiqinə ehtiyac var.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, şəhərdə nizam-intizamın artırılması təkcə cərimələrlə deyil, həm də ümumi yol mədəniyyətinin formalaşdırılması ilə mümkün olmalıdır: "Biz həm sürücüləri, həm də piyadaları yol hərəkəti qaydalarına riayət etməyə dəvət edirik. Qaydalar qanunlarla və yol nişanları ilə tənzimlənir. Hər kəs məsuliyyətli davransa, şəhərdə intizam daha da yüksələr. Son illər Bakıda nizam-intizam yaxşılaşsa da, cəmiyyətə qarşı etinasız davranaraq qaydaları qəsdən pozanlar hələ də qalmaqdadır və ən böyük təhlükə də məhz bu kateqoriyadan qaynaqlanır".
O, xüsusilə səkilərin avtomobillər tərəfindən zəbt olunmasını ciddi problem kimi qiymətləndirib: "Bəzi sürücülər avtomobili birbaşa səkinin üzərində park edir. Bu, yaşlıların, əlillərin və uşaqlı valideynlərin hərəkətini məhdudlaşdırır, insanları məcburən yolun hərəkət hissəsinə çıxarır ki, bu da qəza riskini artırır".
R. Hümmətov piyadaların da məsuliyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, müəyyən edilmiş keçidlərdən istifadə etməmək ağır yol-nəqliyyat hadisələrinə səbəb olur: "Bəzən 50 metr irəlidə piyada keçidi olduğu halda insanlar yolu qadağan olunmuş yerdən keçir. Bu, təkcə öz həyatlarını deyil, digər hərəkət iştirakçılarını da risk altına salır".
R.Hümmətov hesab edir ki, problemin həlli üçün maarifləndirmə tədbirləri gücləndirilməli, eyni zamanda, qaydaları qəsdən pozanlara qarşı cəza mexanizmləri sərtləşdirilməlidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Hüquqşünas” həbs olundu: Yarım milyona yaxın dələduzluq edib - FOTO
28.01.2026Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28.01.2026"Meta" Al infrastrukturunu gücləndirir: "Corning" ilə 6 milyard dollarlıq anlaşma
28.01.20262025-ci ildə avtonəqliyyat sığortasından 78 milyon manat yığılıb
28.01.2026E-ticarətdə 2026 vizyonu: Axtarış dövrü bitir, süni intellekt köməkçiləri seçir
28.01.2026
Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?
28.01.2026Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir
28.01.2026Trampın təzyiqinin səbəbi açıqlandı: Faiz xərcləri müdafiəni keçdi
28.01.2026Sabah hava necə olacaq?
28.01.2026Azərbaycandan kartof ixracı 38% artıb
28.01.2026Şöbə müdiri: Hazırda aztəminatlı ailələrdən olan 180 minə yaxın uşağa ünvanlı sosial yardım ödənilir
28.01.2026Anar Rzayev: "Bakıda 1 000-ə yaxın avtobusun dəyişdirilməsinə ehtiyac var"
28.01.2026Rəhman Hümmətov: "Yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələr daha sərt olmalıdır"
28.01.2026Maddi vəziyyətinizi necə yaxşılaşdıra bilərsiniz? - Ekspertlərdən tövsiyələr
28.01.2026Bankların xalis xarici aktivləri 782 milyon manat azalıb
28.01.2026Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək
28.01.2026Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir
28.01.2026