Redaktor
2025-ci ildə avtonəqliyyat sığortasından 78 milyon manat yığılıb
2025-ci ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitələrinin sığortası üzrə 78 milyon 626 min manat sığorta haqqı toplanıb.
Valyuta.az xəbər verir ki, bu sığorta növü üzrə yığımlar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 milyon 594 min manat və ya 19,07% artıb. 2024-cü ilin yanvar-dekabr aylarında 66 milyon 32 min manat sığorta haqqı toplanıb.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərdə də ciddi artım müşahidə olunub.
2025-ci ilin 12 ayında sığorta ödənişləri 32 milyon 463 min manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 167 min manat və ya 39,35% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 23 milyon 296 min manat olub.
Tənzilə Ağabalayeva