“Rafaello” brendinin qısa tarixi

Redaktor

20.09.2025 10:30
598

“Rafaello” brendinin qısa tarixi - SƏHƏR OXUSU

İtalyan Ferrero şirkətinin məşhur məhsulu olan “Rafaello” pralini bu gün dünyanın ən tanınmış şirniyyatlarından biridir. Süd kremi, hind qozu ləpələri və içində gizlənən fındıq nüvəsi ilə seçilən bu ağ konfetlər, milyonlarla insan üçün həm gündəlik şirin zövq, həm də hədiyyə simvoluna çevrilib.

Valyuta.az xəbər verir ki, "Ferrero" şirkətinin əsası XX əsrin birinci yarısında Pietro Ferrero tərəfindən qoyulub. 1946-cı ildə o, Pyer Ciliaro ilə birlikdə İtaliyanın Alba şəhərində kiçik bir kafe açaraq özünün orijinal reseptlərini təqdim edib. Tezliklə həmin kafenin şöhrətini onun laboratoriyada hazırladığı şirniyyatlar üstələyib və Ferrero ailəsi bütün gücünü konfet istehsalına yönəldib.

Pietro Ferrero 1949-cu ildə vəfat etsə də, onun başladığı işi oğulları Michel və Giovanni davam etdirib. Onlar 1950-ci illərdə yeni məhsullar təqdim edərək "Ferrero"nu təkcə İtaliyada deyil, Avropanın digər ölkələrində də məşhurlaşdırıblar. 1956-cı ildə Almaniyada ilk xarici filial açılıb, ardınca Fransa, Belçika, Hollandiya, Lüksemburq, Danimarka, İsveç, İsveçrə və Böyük Britaniyada şirkətin nümayəndəlikləri fəaliyyətə başlayıb.

“Rafaello”nun isə dünya bazarına çıxışı 1990-cı ilə təsadüf edir. Bu vaxtadək “Nutella” və “Ferrero Rocher” kimi məhsulları ilə məşhurlaşan şirkət, hind qozlu və kremli dadı ilə seçilən “Rafaello”nu qısa zamanda özünün əsas brendlərindən birinə çevirdi.

“Rafaello” adı da təsadüfən seçilməyib. O, İtaliyanın məşhur rəssamı Rafaello Santinin adını daşıyır və brendə incəsənətin zəriflik və harmoniyasını əks etdirməklə yanaşı, ona lüks imic qazandırır.

Ən uğurlu bazarlardan biri isə Rusiya olub. 2009-cu ildə “Rafaello” ölkədə “Brend №1” seçilərək səsvermədə 39% göstərici toplayıb. 2010-cu ildən etibarən Volodimir vilayətinin Vorşa kəndində “Rafaello” istehsal edən zavod fəaliyyətə başlayıb. Dünyanın ən böyük fabriki hesab olunan bu müəssisə hər il 8 min tonadək məhsul istehsal edir. Burada istehsal olunan konfetlər təkcə Rusiya bazarına deyil, həm də Braziliya və Polşa kimi xarici bazarlara göndərilir.

Bu gün “Rafaello” sadəcə şirniyyat deyil, qlobal miqyasda tanınan və sevilən brenddir. Onun uğur hekayəsi həm Ferrero ailəsinin uzun illər öncə qoyduğu təmələ, həm də məhsulun özünəməxsus dadına bağlıdır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma

23.06.2026

Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb

23.06.2026

Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®

23.06.2026

İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi

23.06.2026

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

23.06.2026

“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

23.06.2026

Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət

23.06.2026

"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI

23.06.2026

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Məzənnə

Yüklənir...