"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Redaktor

28.11.2024 23:42
340

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

ABŞ-da fəaliyyət göstərən kripto mədənçilik şirkəti "Mara Holdings" ötən ay 1 milyard dollarlıq çevrilə bilən istiqraz satışı həyata keçirdikdən sonra bu vəsaitin bir hissəsindən istifadə edərək 6,474 Bitcoin satın alıb. 

Valyuta.Az xəbər verir ki, bu alım orta hesabla 95,395 dollar qiymətində baş tutub və şirkətin BTC aktivlərinin ümumi dəyəri təxminən 3,3 milyard dollara yüksəlib.  

"Mara" keçən həftə əvvəlcə 5,771 "Bitcoin" alıb, sonra isə əlavə olaraq 703 "Bitcoin" satın alaraq diqqətləri üzərinə çəkib. Şirkət əldə etdiyi vəsaitin bir hissəsi ilə 2026-cı ilə qədər ödənilməsi planlaşdırılan istiqrazların bir qismini geri almağı, qalan hissəsini isə əlavə "Bitcoin" alışı və ümumi korporativ məqsədlər üçün ayırmağı planlaşdırır.  

"Mara"nın investisiya strategiyası və bazar göstəriciləri

"Marathon Digital Holdings" ("MARA"), əldə edilən vəsaitin 160 milyon dollarını çevrilmə xərclərindən sonra gələcək "Bitcoin" alımları üçün ehtiyatda saxlayır. Şirkətin Nyu-York Fond Birjasındakı səhmləri isə 7,81% artaraq çərşənbə günü 26,92 dollar qiymətində bağlanıb. Bir ay ərzində 42,13% dəyər qazanan şirkət, ilin əvvəlindən etibarən təxminən 17% artım nümayiş etdirib və bazar dəyəri 9 milyard dollara çatıb.  

Şirkətin böyüməsi, III rübdə gəlirlərinin analitik gözləntilərdən aşağı olmasına baxmayaraq, səhmlərin dəyərində artımla özünü göstərib. Bu dövrdə 124,8 milyon dollar xalis zərər açıqlayan "Mara", əvvəlki ilin eyni dövründə isə 390 min dollar zərər açıqlamışdı. Bununla belə, "Bitcoin"ə qoyulan intensiv investisiyalar bazarlarda müsbət atmosfer yaratmağa davam edir.  

Digər şirkətlərin və ölkələrin "Bitcoin" təşəbbüsləri 

"Bitcoin" investisiyası sahəsində addımlar atan digər şirkətlər arasında "MicroStrategy" ("MSTR") diqqət çəkir. Şirkət ümumilikdə 386,700 BTC ilə ən böyük korporativ "Bitcoin" sahibi olaraq qalır. Son günlərdə 55,500 BTC daha əlavə edərək portfelini genişləndirən şirkətin investisiyalarının dəyəri 5,4 milyard dollardan artıqdır.  

HƏMÇİNİN OXU: "MicroStrategy" 386,700 BTC ilə ən böyük korporativ "Bitcoin" sahibi olaraq qalır

Bununla yanaşı, Çin mərkəzli maliyyə xidmətləri firması "SOS Ltd" ("SOS") ABŞ-dakı mədənçilik fəaliyyətləri ilə yanaşı, 50 milyon dollarlıq yeni Bitcoin investisiya qərarını açıqlayıb. Şirkətin fond birjasındakı səhmləri isə 42,88% artıb. Yaponiyanın önəmli enerji şirkətlərindən olan "Remixpoint" isə "Bitcoin" alışı ilə bağlı qərarını elan edib.  

Digər tərəfdən, bəzi ölkələr "Bitcoin"i milli strategiya kimi qəbul etməyi nəzərdən keçirir. Ötən gün ABŞ senatoru Sintia Lummis (Cynthia Lummis) ümumi BTC təklifinin 4%-ni satın almağı təklif edib. Kanadada isə Vankuver şəhərinin meri Ken Sim, şəhərin alıcılıq gücünü qorumaq üçün "Bitcoin" dostu siyasətlər hazırlamağı təklif edib.  

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Lari Ellisonun proqram təminatı 49 milyard dollar itirib

11.02.2026

Metroda işləmək istəyənlərin nəzərinə! - Yeni iş yerləri açılır

11.02.2026

Məzənnə

Yüklənir...