Redaktor
Provayderlərə xəbərdarlıq edildi
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi provayderlərə xəbərdarlıq edib.
Bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, quruma istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur. İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.
Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər. İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir.
Eyni zamanda tənzimləyici qurum bildirir ki, Azərbaycanda internet fəaliyyəti göstərən provayderlər İKTA tərəfindən uçota alınır və yalnız fəaliyyətini hər hansı formada dayandıran şirkətlərin uçotu ləğv olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyada nə qədər pul var? - SƏHƏR OXUSU
04.02.2026Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026