PR-çı hər zaman doğru danışmalıdır?

Redaktor

22.04.2025 15:00
369

PR-çı hər zaman doğru danışmalıdır?

PR sahəsində etika və strateji yanaşma ayrılmaz bir bütövlük təşkil edir. Müasir informasiya dövründə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisin əsas vəzifəsi yalnız məlumat ötürmək deyil, eyni zamanda bu məlumatı düzgün, məsuliyyətli və inam doğuran şəkildə təqdim etməkdir. 

Bəs PR-çı hər zaman doğru danışmalıdır?

Mövzu ilə bağlı Valyuta.az-a danışan “Viva” Kommunikasiya Agentliyinin rəhbəri, Marketinq və PR mütəxəssisi Vüqar Baba deyir ki, bu mövzu maraqlı olmaqla yanaşı, bir mənalı yanaşma tələb etmir:

"Düşünürəm ki, PR-çı heç vaxt yalan danışmamalıdır. Onun əsas vəzifəsi kommunikasiya qurmaqdır - amma bu kommunikasiya yalanlar üzərində deyil, strateji şəkildə qurulmalı, düzgün və məsuliyyətli informasiya üzərində dayanmalıdır.

Bəzən doğrunun özü auditoriyanı təşvişə sala bilər və ya həssas məqamlarda birbaşa deyilməsi istənilməyən təsirlərə yol aça bilər. Bu zaman PR-çı doğrunu necə, nə zaman və hansı tonla deyəcəyini bilməlidir. Bəlkə də o informasiya daha sonra paylaşılmalı, ya da daha səliqəli, daha diplomatik şəkildə təqdim edilməlidir. Amma istənilən halda yalan üzərində qurulan kommunikasiya uzunmüddətli nəticədə etimadı zədələyir".

V.Baba bildirib ki, fövqəladə hal zamanı bəzi informasiyaların dərhal açıqlanması daha böyük təşvişə, hətta insanların təhlükə altında qalmasına səbəb ola bilər.

"Bu kimi hallarda doğru informasiya zamanlama ilə uzlaşdırılmalıdır. Eyni zamanda, əgər ortada səhv qərarlar və ya zərərli nəticələr doğuran addımlar varsa, onların səbəb-nəticə əlaqəsi ilə izahı vacibdir. Bu zaman qurumun reputasiyasına xələl gəlməməsi üçün təkcə gerçəyi demək deyil, həm də bu gerçəyin mümkün təsirlərini minimuma endirəcək addımları paralel şəkildə təqdim etmək lazımdır".

"PR-çının funksiyası sadəcə məlumat ötürmək deyil. O, təmsil etdiyi qurumun, müəssisənin, şirkətin və ya brendin imicini qoruyan, nüfuzunu yüksəldən və onun danışan dili olan şəxsdir. Bu səbəbdən, yalanla deyil, düzgün qurulmuş kommunikasiya ilə bu vəzifəni yerinə yetirməlidir", - deyə o, vurğulayıb.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

19.03.2026

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb

19.03.2026

Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb

19.03.2026

Yanmayan və köhnəlməyən su batareyası: Lityum-ionun hökmranlığı sarsılır

19.03.2026

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb

19.03.2026

"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?

19.03.2026

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

19.03.2026

İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib

19.03.2026

500 000 ABŞ dolları investisiya alan startap

19.03.2026

Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi

19.03.2026

Firdovsi Əliyev özünə yeni müavin təyin etdi

19.03.2026
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

19.03.2026

Lüks dünyasının ilk 3-lüyü - Milyardlıq brendlər

19.03.2026

"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı

19.03.2026

Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?

19.03.2026
Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

19.03.2026

Çin bazarında "Nvidia" dominantlığı: Məhdudiyyətlər yumşaldıldı, sifarişlər artdı

19.03.2026

Nöqsanlara görə 4 məmura xəbərdarlıq edildi

19.03.2026

Məzənnə

Yüklənir...