Ötən ay ölkə ərazisində normanın 4-6 misli qədər yağıntı düşüb

Redaktor

01.08.2024 19:15
477

Ötən ay ölkə ərazisində normanın 4-6 misli qədər yağıntı düşüb

2024-cü ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub. Ötən ay ərzində orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

Valyuta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb.

Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. İyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb.

Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb.

Xidmət rəisi qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

19.03.2026

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb

19.03.2026

Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb

19.03.2026

Yanmayan və köhnəlməyən su batareyası: Lityum-ionun hökmranlığı sarsılır

19.03.2026

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb

19.03.2026

"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?

19.03.2026

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

19.03.2026

İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib

19.03.2026

500 000 ABŞ dolları investisiya alan startap

19.03.2026

Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi

19.03.2026

Firdovsi Əliyev özünə yeni müavin təyin etdi

19.03.2026
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın

19.03.2026

Lüks dünyasının ilk 3-lüyü - Milyardlıq brendlər

19.03.2026

"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı

19.03.2026

Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?

19.03.2026
Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?

19.03.2026

Çin bazarında "Nvidia" dominantlığı: Məhdudiyyətlər yumşaldıldı, sifarişlər artdı

19.03.2026

Nöqsanlara görə 4 məmura xəbərdarlıq edildi

19.03.2026

Məzənnə

Yüklənir...