Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

Redaktor

26.01.2026 22:55
59

Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

Son illərdə elektromobillər çox sürətlə yayılaraq daxiliyanma mühərrikli avtomobillərlə inamla rəqabət aparır. Lakin bütün modellər uğurlu seçim sayılmır.

Valyuta.az xəbər verir ki, avtomobil ekspertləri “GOBankingRates” üçün açıqlamalarında 2026-cı ildə almaqdan çəkinməli olduğunuz elektromobilləri sadalayıblar. Onların fikrincə, bu modellərdə ciddi problemlər mövcuddur.

2026-cı ildə almaq tövsiyə olunmayan elektromobillər

“Nissan Leaf”

Bir vaxtlar “Nissan Leaf” elektromobil seqmentinin pioneri idi. Lakin avtomobil üzrə ekspert, “carVertical” şirkətindən Aivaras Qriqeleviçyusun sözlərinə görə, bu modelin köhnəlmiş texnologiyaları artıq rəqiblərlə yarışmağa imkan vermir.

“Elektromobili əlçatan qiymətə təklif etməkdə problem yoxdur, amma bu, akkumulyator texnologiyasının pisləşdirilməsi və ya doldurma sürətinin azaldılması hesabına olmamalıdır”, deyə o vurğulayıb.

“GMC Hummer EV”

“GMC Hummer EV” çox təsirli görünüşə və qeyri-adi funksiyalara malik elektrik yolsuzluq avtomobilidir. Lakin “JustAnswer” platformasının avtomobil eksperti Kris Payl bildirib ki, bu funksiyaların bəziləri əslində faydasızdır.

“Dördtəkərli sükanlama sistemi. Sonuncu dəfə bunu sınaqdan keçirəndə uğursuz oldu və bu dəfə də elə olacaq. Bu, sıradan çıxa biləcək daha bir lazımsız elementdir. Bu böyük yolsuzluq avtomobili sadəcə göstərir ki, elektromobillə yük dartmaq və ya off-road sürmək mümkündür”, deyə ekspert izah edib.

“Rivian R1S”

Kris Payl etiraf edib ki, “Rivian” maraqlı elektromobillər istehsal edir. Lakin onun fikrincə, əsas problem təmirin olduqca baha başa gəlməsidir.

“Əgər kuzov panelini cızsanız və ya əysəniz, ciddi xərclərə hazır olun. Mən xırda qəzalar görmüşəm ki, təkcə kosmetik təmir 20 min dollardan baha olub”, deyə o qeyd edib.

Ekspert əlavə edib ki, “Rivian R1S” modelinin ilkin qiyməti də kifayət qədər yüksəkdir.

“Tesla Model X”

“Tesla Model X” 2015-ci ildə təqdim edilərkən qabaqcıl texnologiyaları və əsas xüsusiyyətlərindən biri olan “qağayı qanadı” tipli arxa qapıları ilə diqqət çəkirdi. Lakin Kris Payl hesab edir ki, bu, eyni zamanda əsas problemlərdən biridir.

“Bu qapıların nə dərəcədə düzgün işləməsi və tam bağlanması ilə bağlı narahatlıqlar var idi və hələ də qalır”, deyə ekspert bildirib.

O, həmçinin vurğulayıb ki, “Tesla Model X” çox güclüdür, lakin bu, akkumulyatorun daha tez boşalmasına səbəb olur.

“Toyota bZ4X”

“Toyota”nın elektromobil bazarına çıxışı çox da uğurlu alınmayıb. Aivaras Qriqeleviçyus bildirib ki, “Toyota bZ4X” elektrik krossoverində həddən artıq çatışmazlıq var.

“Dünyanın ən böyük şirkətlərindən birinin elektromobillərə münasibətini görmək istəyirsinizsə, ‘Toyota bZ4X’ buna bariz nümunədir. Burada innovasiya, funksionallıq, təkmilləşdirmə və qənaətbəxş yürüş məsafəsi çatışmır. Doldurma sürəti də orta səviyyədədir və 2025-ci ildə və ya sonrasında bu avtomobili almaq maliyyə baxımından məntiqli deyil”, deyə ekspert qeyd edib.

“Ford Mustang Mach-E”

Kris Payl “Ford Mustang Mach-E” modelini almadan əvvəl iki dəfə düşünməyi tövsiyə edib. Onun fikrincə, “Ford” hələ elektromobillərin necə olmalı olduğunu tam dərk etməyib.

"Ford" hələ öyrənmə mərhələsindədir. Bu modeldə akkumulyatorun həddindən artıq qızması problemi olub və ola bilsin ki, hələ də tam həll edilməyib. Üstəlik, "elektrik Mustang" sürdüyünüzü desəniz, dəfələrlə bunun əsl Mustang olmadığını eşidəcəksiniz və benzinlə işləyən Mustanglər barədə uzun-uzadı söhbətlərə məruz qalacaqsınız”,  deyə ekspert əlavə edib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sabah bu ərazilərdə qaz olmayacaq

26.01.2026

Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

26.01.2026

"Ağ yaxalılar" üçün xoş xəbər: Süni İntellekt hələ onların yerini almağa hazır deyil

26.01.2026

Uğursuzluğun açarı: İş müsahibəsində hansı sual sizi sınağa çəkir?

26.01.2026

Avropa Komissiyası İlon Maskın “X” platforması ilə bağlı araşdırmaya başlayıb

26.01.2026

"Apple" bu il ən azı 20 yeni cihaz təqdim edəcək - Nələri gözləmək olar?

26.01.2026

Azərbaycanda ölmək neçəyə başa gəlir? - Gizli biznes

26.01.2026

İsrailin xarici işlər naziri Milli Məclisin deputatları ilə görüşüb

26.01.2026

Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi

26.01.2026

Rusiyada əmək miqrantlarına iş yerlərini dəyişdirmək qadağan ediləcək

26.01.2026

Ölkəyə 255 milyonluq şəkər gətirilib

26.01.2026

ChatGPT-nin cavablarında mübahisəli mənbə ortaya çıxdı

26.01.2026

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırıldı

26.01.2026

Dünyadakı ən bahalı 15 əşya

26.01.2026

“5 nəfərlik komandaya rəhbərlik etdim” demək əvəzinə belə deyin…

26.01.2026

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir ®

26.01.2026

Azərbaycan bu bölgələrdə orta sahibkarlar itirib

26.01.2026

4 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya aldı

26.01.2026

Bu şəxslər 800 manat cərimə olunacaq

26.01.2026

Azərbaycanda elektron siqaret qadağası təsdiqləndi - Bu tarixdən

26.01.2026

Məzənnə

Yüklənir...