Redaktor
"Apple" bu il ən azı 20 yeni cihaz təqdim edəcək - Nələri gözləmək olar?
2026 "Apple" üçün daha bir məhsuldar il vəd edir. Xəbərlərə görə, şirkət ilin sonuna qədər 20-dən çox yeni məhsul təqdim etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, "MacRumors" insayder məlumatlarını təhlil edərək, "Apple" həvəskarlarının yaxın gələcəkdə nələr gözləyə biləcəyini açıqlayıb. Sadalanan cihazların böyük hissəsi ilin ilk yarısında satışa çıxacaq.
2026-cı ilin ilk yarısı
Güman edilir ki, bu məhsullar iyun ayının sonuna qədər satışa təqdim olunacaq:
* iPhone 17e – iPhone 16e-nin təkmilləşdirilmiş versiyası, A19 prosessoru, MagSafe və Dynamic Island ilə.
* iPad Air (M4).
* iPad (A18 və ya A19).
* MacBook Pro (M5 Pro və M5 Max) – PCIe 5.0 dəstəyi ilə.
* MacBook Air (M5).
* Ən ucuz MacBook (A18 Pro) – 12,9 düymlük ekranla.
* Mac Studio (M5 Max və M5 Ultra).
* Studio Display (A19 və ya A19 Pro) – MiniLED panel, HDR və 120 Hz yenilənmə tezliyi ilə.
* Home Hub (A18) – tamamilə yeni ağıllı ev idarəetmə mərkəzi, 6–7 düymlük kvadrat ekran, A18 çipi və təkmilləşdirilmiş Siri. Masa üzərində və ya divara yerləşdirmək mümkündür.
* Video nəzarət kamerası – HomeKit ilə uyğun gəlir və yeni ağıllı ev mərkəzi ilə birgə satılacaq.
2026-cı ilin ikinci yarısı
Sentyabr – dekabr dövründə satışa çıxacaq məhsullar:
* iPhone 18 Pro (A20 Pro) – kiçildilmiş Dynamic Island, dəyişən diyaframlı əsas kamera, Apple istehsalı modem.
* iPhone 18 Pro Max (A20 Pro) – 18 Pro ilə eyni xüsusiyyətlər, ən ağır iPhone modeli olacaq.
* Qatlana bilən iPhone – 7,7 düymlük daxili ekran, 5,3 düymlük xarici ekran, iki arxa və bir ön kamera, Touch ID düyməsi, Seamless dizayn.
* Apple Watch Series 12 – yeni çip, dizayn dəyişiklikləri, mümkün Touch ID.
* Apple Watch Ultra 4 – Series 12 ilə eyni yeniliklər.
* MacBook Pro (M6 Pro və M6 Max) – OLED sensor ekran, Dynamic Island, daha nazik korpus, Apple C2 modem.
* AirPods Pro 3 – süni intellekt funksiyaları üçün infraqırmızı kamera.
Digər cihazlar
Bəzi məhsulların yenilənməsi 2025-ci ildə planlaşdırılsa da, "MacRumors"a görə, buraxılış yüksək ehtimalla 2026-cı ilə təxirə salınıb:
* Apple TV (A17 Pro/N1 Wi-Fi 7) – daha fərdiləşdirilmiş Siri və Wi-Fi 7 dəstəyi.
* HomePod mini (S9 və ya yeni versiya/N1 Wi-Fi 7) – təkmilləşdirilmiş Siri, səs keyfiyyəti, Ultra Wideband çipi.
* AirTag 2 – izləmə məsafəsi üç dəfə artırılmış, daha təhlükəsiz dinamik və digər yeniliklər.
Bundan əlavə, "Apple" "iPhone"18 seriyasının buraxılışını bölməyə hazırlaşır: Pro modelləri və qatlanan "iPhone" payızda, əsas "iPhone 18" və "Air 2" isə 2027-ci ilin əvvəlinə təqdim olunacaq.
Qeyd olunur ki, "Apple" texnikasının qiyməti 2026-cı ilin əvvəlindən kəskin artacaq. Şirkətin "Samsung" və "SK Hynix" ilə uzunmüddətli yaddaş təchizatı müqavilələri bitmək üzrədir.
Paşa Məmmədli