Azərbaycanda ölmək neçəyə başa gəlir?

Redaktor

26.01.2026 19:54
147

Azərbaycanda ölmək neçəyə başa gəlir? - Gizli biznes

Yaşamaq kimi ölmək də günü-gündən bahalaşır. Dünyadan köçən bir insanın dəfn xərci ciddi sosial problemə çevrilməkdədir. 

Qeyd edək ki, ötən gün millət vəkili Siyavuş Novruzov da bu barədə danışıb. Parlamentari dəfn pullarının artırılmasını təklif edib. Bildirib ki, hazırda verilən dəfn pulu ilə hətta qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil. 

Yenisabah.az məsələni araşdırıb. 

Məlum olub ki, Bakıda ev qiymətləri əraziyə uyğun olaraq dəyişdiyi kimi, məzar yerinin də qiyməti onun yerləşdiyi ərazidən asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi rol oynayır. Biləcəri qəbiristanlığında yer - 400-500 AZN, Xırdalan qəbiristanlığı - 800-1500 AZN, Badamdar qəbiristanlığı - 800-2000 AZN, Günəşli qəbiristanlığı - 600-1500 AZN, Qaraçuxur qəbiristanlığı - 200-1000 AZN, Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN, Hövsan qəbiristanlığı - 150-300 AZN, Zabrat qəbiristanlığında 500-1000 AZN civarındadır. Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir. 

Əlavə olaraq, ölünün yuyulması üçün 70-80 AZN arası məbləğ ödənilir. Qəbir daşının isə ən ucuzu 1000 AZN-dan başlayır. Bu məbləğ 3-5, bəzən isə 10-15 min manata qədər arta bilir. 

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “Yeni Sabah”a bildirib ki, burada əsas məsələ dəfn pullarını artırmaq deyil: 

“Dəfn üçün verilən pul ən çox nə qədər artırıla bilər ki, bütün xərcləri ödəsin? Bunun üçün dəqiq rəqəm demək mümkün deyil. Məncə, sözügedən problemin həlli dəfn pullarının məbləğindəki artımla bağlı deyil. 5-10 manat artırılmaqla bütün xərcləri qarşılamaq olmur. 

Əgər dövlət vətəndaşını düşünürsə, dəfn üçün verilən məbləği artırmaq əvəzinə məzar yerlərinin şəffaf şəkildə seçilməsini və daha əlçatan olmasını təmin etməlidir. Şəhər ərazisində olan qəbiristanlıqlarda dəfn yerləri ya mollalar, ya da məzarlığın qeyri-qanuni sahibləri tərəfindən satışa çıxarılır. Belə olduqda isə qiymətlər od tutub yanır”. 

İqtisadçı təklif edir ki, məzar yerlərinin satışına dövlət nəzarəti olsun:

“Məhz bu səbəbdən alış şərtləri normallaşdırılmalıdır. Dəfn yerlərinin satışında qeyri-şəffaflıq hökm sürür. Məsələnin öz həllini tapması üçün, bu yöndə tədbirlər görülməlidir. Təklif edirəm ki, məzar yeri almaq üçün elektron portal yaradılsın. Həmin portala dövlət nəzarət etsin ki, dəfn yerləri qanunsuz şəkildə satışa çıxarılmasın. Əhali arasında ədalətli bölgü aparılsın. Şəffaf aparılan proses nəticəsində hər kəs üçün normal qiymət müəyyənləşdirilsin”. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sabah bu ərazilərdə qaz olmayacaq

26.01.2026

Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

26.01.2026

"Ağ yaxalılar" üçün xoş xəbər: Süni İntellekt hələ onların yerini almağa hazır deyil

26.01.2026

Uğursuzluğun açarı: İş müsahibəsində hansı sual sizi sınağa çəkir?

26.01.2026

Avropa Komissiyası İlon Maskın “X” platforması ilə bağlı araşdırmaya başlayıb

26.01.2026

"Apple" bu il ən azı 20 yeni cihaz təqdim edəcək - Nələri gözləmək olar?

26.01.2026

Azərbaycanda ölmək neçəyə başa gəlir? - Gizli biznes

26.01.2026

İsrailin xarici işlər naziri Milli Məclisin deputatları ilə görüşüb

26.01.2026

Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi

26.01.2026

Rusiyada əmək miqrantlarına iş yerlərini dəyişdirmək qadağan ediləcək

26.01.2026

Ölkəyə 255 milyonluq şəkər gətirilib

26.01.2026

ChatGPT-nin cavablarında mübahisəli mənbə ortaya çıxdı

26.01.2026

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırıldı

26.01.2026

Dünyadakı ən bahalı 15 əşya

26.01.2026

“5 nəfərlik komandaya rəhbərlik etdim” demək əvəzinə belə deyin…

26.01.2026

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir ®

26.01.2026

Azərbaycan bu bölgələrdə orta sahibkarlar itirib

26.01.2026

4 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya aldı

26.01.2026

Bu şəxslər 800 manat cərimə olunacaq

26.01.2026

Azərbaycanda elektron siqaret qadağası təsdiqləndi - Bu tarixdən

26.01.2026

Məzənnə

Yüklənir...