Redaktor
4 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya aldı
Böyük Britaniyada yerləşən “Synthesia” şirkəti E seriyalı investisiya raundu çərçivəsində 200 milyon dollar məbləğində maliyyə vəsaiti toplayıb. Raunda “Google Ventures” rəhbərlik edib.
Valyuta.az xəbər verir ki, azılı mətnləri süni intellekt dəstəyi ilə insanabənzər avatarlar vasitəsilə videoya çevirən platforma olan “Synthesia” 2025-ci ilin yanvarında 2,1 milyard dollar dəyərində qiymətləndirmə ilə 180 milyon dollar investisiya cəlb etmişdi.
2017-ci ildə yaradılan şirkətin bazar dəyəri son investisiya ilə 4 milyard dollara yüksəlib. “Synthesia” əldə olunan vəsaitin məhsul inkişafını genişləndirmək və həlləri daha geniş bazarlara təqdim etmək məqsədilə istifadə olunacağını açıqlayıb.
Şirkət 2017-ci ildə Viktor Riparbelli, Steffen Tjerrild, Mattias Nissner və Lourdes Agapito tərəfindən təsis edilib. “Synthesia” korporativ istifadəçilər üçün yazılı mətnləri süni intellekt əsaslı insanabənzər avatarlarla videoya çevirən həllər təklif edir.
Mayya Hüseynova