Redaktor
Ölkəyə 255 milyonluq şəkər gətirilib
Ötən il ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə 87 mln. 766,59 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,5% və ya 38 mln. 318,13 min ABŞ dolları artım deməkdir. Qeyd edək ki, ötən il 49 mln. 448,46 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
2025-ci ildə 255 mln. 725,61 min ABŞ dolları dəyərində məhsul idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və ya 18 mln. 364,38 min ABŞ dolları həcmində artım deməkdir.
2024-cü il ərzində isə Azərbaycana 237 mln. 361,23 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal olunub.
Şəbnəm İbrahimxəlilova