Redaktor
Niyə kapitalizmdən əl çəkə bilmirik?
Kapitalizm bu gün dünyanın ən geniş yayılmış iqtisadi modeli deyil, həm də qlobal həyat tərzidir. Demək olar ki, bütün ölkələrin iqtisadi həyatında kapitalist prinsiplər hökm sürür. Lakin son illərdə artan sosial bərabərsizlik, ekoloji böhran və psixoloji təzyiqlər kapitalizmə qarşı tənqidlərin artmasına səbəb olub. Buna baxmayaraq, bəşəriyyət kapitalizmdən niyə əl çəkmir?
İqtisadçı ekspert Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, kapitalizm bəşəriyyət üçün ideal bir sistem olmasa da, alternativlərnin ya işləməməsi, ya da inandırıcı olmaması səbəbilə dominant olaraq qalır: “İnsanların azadlıq, rifah, istehlak, mülkiyyət hüququ və fərdi təşəbbüs arzuları ilə uyğunlaşdığı üçün də asanlıqla əl çəkə bilmirlər”.
R.Həsənov bildirdi ki, kapitalizm sərbəst bazar münasibətləri fonunda özəl mülkiyyətə əsaslanan, gəlirin maksimallaşdırılmasına hədəflənmiş bir iqtisadi modeldir: “Kapitalizmin radikal tənqidçilərindən biri olan Karl Marks belə mülkiyyət hüququndan imtinanın doğura biləcəyi sosial fəsadları dərk edir və bu məsələyə yanaşmalarında toxunurdu. Kapitalizmdə rəqabət əsas hərəkətverici qüvvədir. Bu, insan potensialının səfərbər edilməsini, yeni ideyaların ortaya çıxmasını və innovasiyaların inkişafını təşviq edir.
Amerikalı iqtisadçı Milton Friedman kapitalizmin üstünlüklərini xüsusilə təhsil sistemində dövlət və özəl sektorun müqayisəsi ilə əsaslandırmağa çalışırdı. Onun arqumentlərinə görə, özəl sektorun effektivliyi daha yüksəkdir”.
Ekspert əlavə edir ki, kapitalist modelin fərqləndirici üstünlüklərindən biri onun çevikliyidir: “Kapitalizm ideyanın dəyərinə və resursların əlçatanlığına əsaslanaraq inklüzivlik yaradır. Bu, sistemin adaptasiya qabiliyyətini və yeniliklərə çevik reaksiyasını artırır. Müasir çağırışlar - ticarət müharibələri, texnologiyanın sürətli inkişafı, süni intellektin yüksəlişi, iqlim dəyişikliyi və gəlir bərabərsizliyi - kapitalist modeli tənzimləmə və yenidən dizayn etməyə vadar edir”.

İqtisadçı Ace Molnun tədqiqatlarında kapitalizmdə ciddi problem olaraq önə çıxan məsələlərdən birinin gəlir bərabərsizliyidir. Bu mövzuya toxunan R.Həsənov dedi ki, bu məsələ artıq ciddi uçurumlar formalaşdırıb: “Yeni bir model ortaya çıxarsa, bu model gəlir bərabərsizliyini həll etməlidir. Gün keçdikcə bir çox kapitalist modellər özündə sosialist, sol dəyərləri birləşdirməyə çalışır və inkişaf edir”.
“Kapitalizmin bu qədər uzunömürlü olmasının əsas səbəbi də məhz onun dəyişikliklərə cavab verə bilmə qabiliyyətidir. Gələcəkdə bu modelin mövqeyini qoruyub saxlaması, onun özünü tənzimləməyə və yeni çağırışlara uyğunlaşmağa nə qədər davam edə biləcəyindən asılı olacaq. Kapitalist iqtisadi modelin resursları tükənməyib və bu model gün keçdikcə özü-özünü təkmilləşdirir. Konservativ iqtisadi modellər güclənərək bu institutları məhv etməsə, kapitalizm uzun müddət dünyada aparıcı iqtisadi model olaraq qalacaqdır. Gələcəkdəki 50–100 ildə onun dəyişməsi yönündə çağırışlar yoxdur” – deyə iqtisadçı bildirdi.
R.Həsənov qeyd etdi ki, Azərbaycandakı iqtisadi modeli inkişaf etmiş ölkələrin iqtisadi modeli ilə müqayisə etsək, çox daha geridə qaldığını görərik: “Azərbaycan iqtisadiyyatını hazırda daha çox qiymətləndiricilər tərəfindən qarışıq iqtisadi model kimi nəzərdən keçirilir. Azərbaycan iqtisadiyyatı transformasiya dövrünü tam başa vurmayıb və transformasiya institutları bu məsələdə tam effektiv deyil. Azərbaycan iqtisadiyyatı hazırda birmənalı bazar iqtisadiyyatı hesab olunmur, qarışıq iqtisadi modeldir və indiki halda uğursuz qarışıq iqtisadi model adlandırmaq daha doğru olar”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026