"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək

Redaktor

21.01.2026 21:49
81

"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək

"Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 23,9 %-ni təşkil edəcək.

Valyuta.az agentliyin hesabatına istinadən xəbər verir ki, 2027-ci ildə bu göstərici cüzi azalaraq ÜDM-in 23,8 %-nə düşəcək. "Moody`s" 2025-ci ilin yekunlarına görə də dövlət borcunun eyni səviyyədə - ÜDM-in 23,8 %-i səviyyəsində olacağını gözləyir.

Eyni zamanda, agentliyin qiymətləndirməsinə görə, dövlət borcunun büdcə gəlirlərinə nisbəti, neft qiymətlərinin normallaşması və dövlət xərclərinin artması fonunda tədricən artacaq. Beləliklə, bu göstərici büdcənin yüksək neft gəlirləri əldə etdiyi 2022-ci ildəki 41,6 %-dən sonrakı illərdə 75-80 %-ə qədər artacaq. Xüsusilə, 2026-cı ildə onun 74,6 %, 2027-ci ildə isə 78,4 % səviyyəsində olacağı proqnozlaşdırılır. Artıma baxmayaraq, bu səviyyə "Moody`s" tərəfindən fiskal dayanıqlılıq baxımından hələ də "komfort" həddə hesab edilir.

Agentlik həmçinin dövlət borcuna xidmət yükünün aşağı qalacağını gözləyir. Proqnozlara görə, faiz ödənişləri büdcə gəlirlərinin 6-7 % səviyyəsini ötməyəcək: 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 6,1 % olacağı gözlənilir.

"Moody`s"in proqnozları "Brent" neftinin 2025-ci ildə bir barel üçün 69 ABŞ dolları, 2026-2027-ci illərdə isə 60 ABŞ dolları səviyyəsində orta qiymət ehtimallarına əsaslanır. Ortamüddətli perspektivdə qiymətlərin bir barel üçün 55-75 ABŞ dolları arasında dəyişəcəyi gözlənilir.

©Report

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ilin sağlamlıq turizmi səyahətləri - 8 trend

21.01.2026

Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...

21.01.2026

"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək

21.01.2026

Qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb oldu

21.01.2026

Kompüterinizi yavaşladan 7 tətbiq

21.01.2026

Yaz tətili üçün Avropada ən yaxşı 10 yer

21.01.2026

Milyonluq tender udan şirkətin külli miqdarda borcu var

21.01.2026

Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol

21.01.2026

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

21.01.2026

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

21.01.2026

İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

21.01.2026

Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib

21.01.2026

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib

Azərbaycanda bu bankları xanımlar idarə edib

21.01.2026

Yanğında 1 milyon manatlıq ziyana düşdülər

21.01.2026

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi

21.01.2026

"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

21.01.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21.01.2026

Bu pensiyalar 53 manat artırılır

21.01.2026

Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib

21.01.2026

Məzənnə

Yüklənir...