Redaktor
Azərbaycanda bu bankları xanımlar idarə edib
Azərbaycanda bank sektorunda qadınların rəhbər vəzifələrdə, xüsusilə idarə heyətlərində təmsilçiliyi uzun illərdir ki, məhdud səviyyədədir. Lakin son illərdə bu sahədə müəyyən pozitiv dəyişikliklər müşahidə olunmaqdadır.
Valyuta.az bankların idarə heyətlərinə təyin olunan qadın rəhbərləri araşdırıb. Yazıda adları qeyd olunan xanımlar müxtəlif dövrlərdə bank rəhbərliyində təmsil olunublar:
Xədicə Həsənova – "Bank Respublika"
Xədicə Həsənova 2006-cı ildə Bank Respublikanın idarə heyətinin sədri təyin olunub və 2017-ci ilə qədər bu vəzifədə çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Əlaqələr” ixtisası üzrə ali təhsil alıb. Daha sonra isə İsveçrədə yerləşən Menecmentin İnkişafı İnstitutunda (IMD) MBA proqramını başa vurub.
Zəhra Quliyeva – "Zaminbank"
İdarə heyətinə təyin olunmuş qadın rəhbərlərdən biri də fəaliyyətini dayandırmış “Zaminbank” ASC-də Zəhra Quliyevadır. O, 2008-ci ildə bu vəzifəyə təyin olunub. Z.Quliyeva Azərbaycan Dövlət Neft Akademiyasında “Mühəndis-iqtisadçı” ixtisası üzrə təhsil alıb.
Günel Nəbiyeva – "Azər-Türk Bank"
Bu günlərdə Azər-Türk Bankın idarə heyətinə Günel Nəbiyeva sədr kimi təyin olunub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr dərəcələri üzrə təhsil alıb. G.Nəbiyevanın təyinatı bank sektorunda qadınların rəhbər postlara irəliləməsi baxımından diqqətçəkən hadisə kimi qiymətləndirilir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKompüterinizi yavaşladan 7 tətbiq
21.01.2026Yaz tətili üçün Avropada ən yaxşı yerlər - TOP-10
21.01.2026Milyonluq tender udan şirkətin külli miqdarda borcu var
21.01.2026Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol
21.01.2026İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı
21.01.2026Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi
21.01.2026İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”
21.01.2026Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib
21.01.2026Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib
21.01.2026Yanğında 1 milyon manatlıq ziyana düşdülər
21.01.2026Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi
21.01.2026"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı
21.01.2026Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər
21.01.2026Bu pensiyalar 53 manat artırılır
21.01.2026Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib
21.01.2026Naxçıvanda orta aylıq əməkhaqqı 812 manatdır
21.01.2026