Redaktor
Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri sığortalanan obyektlərin dəyərinə uyğun müəyyən edilə bilər.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev İTV-nin "Xəbərimiz var" verilişində bildirib.
Onun sözlərinə görə, sığorta sektorunda strateji prioritetlər müəyyənləşdirilib və buna uyğun tədbirlər icra olunur: "Bu baxımdan daşınmaz əmlakın icbari sığortası çox vacib mövzudur. Odur ki, qanunvericiliyə dəyişiklik layihəsini hazırlayıb aidiyyatı dövlət qurumları ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanına təsdiq üçün göndərmişik. Hal-hazırda qüvvədə olan qanuna görə, sığorta ödənişləri fiks məbləğdə (15-25 min manat) müəyyən edilirsə, yeni mexanizmdə əmlakların dəyərinə uyğun sığorta təminatı müəyyən olunacaq".
"Yeni layihədə yaşayış sahələri üzrə təbii fəlakətlərlə bağlı risklərə xüsusi fokuslanmışıq. Katastrofik hadisələr zamanı daha çevik zərər tənzimlənməsi necə həyata keçirilə bilər, bunlar nəzərdə tutulur. Digər bir istiqamət kimi isə, sığorta əhatəsinin genişləndirilməsi və bunun üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində də kompleks tədbirlər nəzərdə tutulur", - deyə o qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKompüterinizi yavaşladan 7 tətbiq
21.01.2026Yaz tətili üçün Avropada ən yaxşı yerlər - TOP-10
21.01.2026Milyonluq tender udan şirkətin külli miqdarda borcu var
21.01.2026Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol
21.01.2026İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı
21.01.2026Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi
21.01.2026İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”
21.01.2026Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib
21.01.2026Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib
21.01.2026Yanğında 1 milyon manatlıq ziyana düşdülər
21.01.2026Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi
21.01.2026"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı
21.01.2026Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər
21.01.2026Bu pensiyalar 53 manat artırılır
21.01.2026Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib
21.01.2026Naxçıvanda orta aylıq əməkhaqqı 812 manatdır
21.01.2026