"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

Redaktor

21.01.2026 16:35
205

"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

Son vaxtlar vətəndaşlar arasında belə bir fikir tez-tez səslənir ki, əldə olunan maaş gündəlik yaşayış xərclərini tam qarşılamaq üçün kifayət etmir. İnsanlar bildirirlər ki, ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər əsas ehtiyaclara çəkilən xərclər maaş artımını qabaqlayır və ailə büdcəsində ciddi gərginlik yaradır.

Bu fonda sual aktuallaşır: həqiqətən bu gün yaşayış xərcləri əməkhaqqını üstələyir?

İqtisadçı Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki, 2026-cı il üçün yaşayış minimumu bir nəfər üçün 300 manat müəyyən edilib. Onun sözlərinə görə, orta aylıq əməkhaqqı 1100 manatdan çoxdur. Statistika göstərir ki, əslində yaşayış xərcləri əməkhaqqını üstələmir:

“Minimum əməkhaqqı hazırda 400 manatdır. Bu məbləğ fərdi şəxs üçün yaşayış minimumundan yüksək müəyyənləşdirilib. Minimum 300 manat tələb olunur ki, bir nəfər normal, minimal şərtlərlə yaşaya bilsin. Lakin yaşayış minimumu anlayışına yaxşı restoranlarda yemək, əyləncə tədbirlərinə qatılmaq daxil deyil”, – deyə iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, yaşayış minimumunun hesablanması Nazirlər Kabinetinin minimum istehlak səbətinin tərkibi ilə bağlı qərarına əsasən aparılır. Bu səbətdə ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə kateqoriyalar yer alır. Hər bir insanın il ərzində bu məhsul və xidmətlərdən nə qədər istehlak etməli olduğu müəyyən edilir, həmin normativlər mövcud qiymətlərə vurularaq yaşayış minimumu hesablanır.

“Yaxşı yaşamaq istəyən daha çox qazanmalıdır. Gəlirləri artırmaq lazımdır ki, vətəndaş daha yaxşı yaşaya bilsin”, – deyə Xalid Kərimli əlavə edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kompüterinizi yavaşladan 7 tətbiq

21.01.2026

Yaz tətili üçün Avropada ən yaxşı yerlər - TOP-10

21.01.2026

Milyonluq tender udan şirkətin külli miqdarda borcu var

21.01.2026

Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol

21.01.2026

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

21.01.2026

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

21.01.2026

İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

21.01.2026

Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib

21.01.2026

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib

Azərbaycanda bu bankları xanımlar idarə edib

21.01.2026

Yanğında 1 milyon manatlıq ziyana düşdülər

21.01.2026

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi

21.01.2026

"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

21.01.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21.01.2026

Bu pensiyalar 53 manat artırılır

21.01.2026

Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib

21.01.2026

Naxçıvanda orta aylıq əməkhaqqı 812 manatdır

21.01.2026
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

21.01.2026

Bu il investorlar bu startap ideyalarının arxasınca qaçacaq

21.01.2026

Sahibkarlar üçün 5 ChatGPT promtu - 10 dəfə daha böyük düşün

21.01.2026

Məzənnə

Yüklənir...