Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

Redaktor

21.01.2026 17:03
165

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatı keçirəcək. 

Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, qurum bununla bağlı satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi "Vega Travel Management” MMC seçilib.

Destinasiya təqdimatının keçirilməsi üçün şirkətə 19 470 manat ödəniləcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vega Travel Management” MMC 2 dekabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Vega Travel Management” MMC sifarişləri əsasən Dövlət Turizm Agentliyindən alır. Agentlik təkcə 2025-ci ildə şirkətlə 2 521 634,73 manatlıq satınalma müqaviləsi imzalayıb. Qurumun "Vega Travel Managemenet” MMC-yə alternativ görməməsinin səbəbi məlum deyil. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. O, 2018-ci ildən bu vəzəfədə çalışır. Fuad Ağayev ötən ilin martında şiddətli töhmət alması ilə gündəmə gəlib. Həmin vaxt mediada dərc edilən məlumatlara görə, ona şiddətli töhmət verilməsi rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kompüterinizi yavaşladan 7 tətbiq

21.01.2026

Yaz tətili üçün Avropada ən yaxşı yerlər - TOP-10

21.01.2026

Milyonluq tender udan şirkətin külli miqdarda borcu var

21.01.2026

Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol

21.01.2026

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

21.01.2026

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

21.01.2026

İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

21.01.2026

Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib

21.01.2026

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib

Azərbaycanda bu bankları xanımlar idarə edib

21.01.2026

Yanğında 1 milyon manatlıq ziyana düşdülər

21.01.2026

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi

21.01.2026

"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

21.01.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21.01.2026

Bu pensiyalar 53 manat artırılır

21.01.2026

Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib

21.01.2026

Naxçıvanda orta aylıq əməkhaqqı 812 manatdır

21.01.2026
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

21.01.2026

Bu il investorlar bu startap ideyalarının arxasınca qaçacaq

21.01.2026

Sahibkarlar üçün 5 ChatGPT promtu - 10 dəfə daha böyük düşün

21.01.2026

Məzənnə

Yüklənir...