Metrolara ən yaxın biznes mərkəzləri - SİYAHI

Redaktor

24.06.2025 11:32
1,143

Metrolara ən yaxın biznes mərkəzləri - SİYAHI

Ofis seçimi zamanı diqqət edilən nüanslardan biri də məkanın metroya yaxın olub-olmaması olur. İş yerinin metroların yaxınlığında yerləşməsi həm sahibkarlar, həm də ofis işçiləri üçün strateji üstünlüklər təqdim edir. Metroya yaxın ərazilər işçilər üçün qənaətli və sərfəli yol olmaqla yanaşı gündəlik nəqliyyat yükünü azaldır. Bununla bərabər müştəri axını üçün əlverişli lokasiya yaradır.

Valyuta.az paytaxtın əsas metro stansiyalarına yaxın biznes mərkəzlərini təqdim edir.

28 May metrosu yaxınlığında

Landmark Biznes Mərkəzi - Yüksək səviyyəli ofislər, restoranlar, beynəlxalq şirkətlərin əsas ofisləri burada yerləşir. Mərkəzi yerləşmə + 2 metro xəttinin kəsişməsi.

Port Baku Biznes Mərkəzi - 28 May metrosundan bir qədər uzaqda yerləşir. Mərkəzdə bir çox mağaza, restoran, ofis yerləşir.

AF Business House - Nizami 203b ünvanında yerləşən “AF Business House” biznes mərkəzi biznesinizin inkişafı üçün bütün imkanları özündə birləşdirən rahat ofis mühiti təklif edir.

“Aff Mall Biznes Mərkəzi” - Səməd Vurğun 34 ünvanında yerləşən “AF Mall” biznes mərkəzi biznesinizin inkişafı üçün bütün imkanları özündə birləşdirən rahat ofis mühiti təklif edir.

Sahil metrosu yaxınlığında

Bakı Biznes Mərkəzi - Bakıda, Neftçilər prospektində yerləşən biznes və sərgi mərkəzidir.

Xətai metrosu yaxınlığında

Dəmirçi Plaza - Xətai metrosunun yanında (7 m) yerləşən 25 mərtəbəli İş Mərkəzidir. Şirkətin əsas fəaliyyət istiqaməti ofis binalarının inşaatı və onların idarə edilməsidir.

Azure Biznes Mərkəzi - İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir.

AGA Biznes Mərkəzi - Biznesdə uğur qazanmaq istəyən sahibkar insanlar üçün ideal şəraiti olan yüksək keyfiyyətli xidmət mərkəzidir. Müasir dizaynla istənilən ölçüdə ofislər mövcuddur.

Rusel Plaza Biznes Mərkəzi -  Xətai rayonu, Babək prospekti 10e ünvanından yerləşən 13 mərtəbəli biznes mərkəzidir.

Babək Plaza Biznes Mərkəzi -  Xətai metrosuna yaxın bina Babək prospektində yerləşir.

Koroğlu metrosu yaxınlığında

Sport Plaza - Sport Plaza Hotel & Apartments”  şəhərimizin sürətlə inkişaf edən ərazisində, Koroğlu metro stansiyasının yaxınlığında yerləşir. Sizə geniş və işıqlı otel otaqları ilə yanaşı, ofis mənzilləri də təklif edir.

İçəri Şəhər metrosu yaxınlığında 

Dalğa Plaza - “Dalğa Plaza” unikal memarlıq strukturu, müasir üslublu daxili dizaynı, işıqlı məkanın təkrarsızlığı ilə işgüzar əhval-ruhiyyə yaradır. Dəniz mənzərəsinin bəxş etdiyi rahatlıq hissi ilə müasir dizaynın yaratdığı iş mühitinin vəhdəti “Dalğa Plaza”nı təkrarolunmaz biznes mərkəzinə çevirir.

Sahil Plaza Biznes Mərkəzi -  Paytaxtın simvollarından olan Funikulyorun və Bəhram Gur heykəlinin, həmçinin Xalça Muzeyi və Muğam Mərkəzinin yaxınlığında yerləşən “Sahil Plaza” möhtəşəm fasadı və əsrarəngiz foyesi ilə elə ilk baxışdan insanı heyran edir. Arxitekturasının möhtəşəmliyindən əlavə, müasir tələblərə cavab verən iş mühitini özündə əks etdirməsi bu biznes mərkəzinin özünəməxsusluğuna əlavə dəyər qatır. 

Nizami metrosu yaxınlığında

Caspian Plaza - Bakının ən tanınmış biznes komplekslərindən biri. Şirkətlərin, tədris mərkəzlərinin və maliyyə qurumlarının sıx toplandığı yer.

Winter Plaza Biznes Mərkəzi - Bina Dilarə Əliyeva küçəsində yerləşir.  Winter Park Plaza ən son texnologiya ilə təchiz olunub və bütün Beynəlxalq Təhlükəsizlik standartlara cavab verir. 

City Point Baku Biznes Mərkəzi - Biznes Mərkəzi müasir memarlıq xüsusiyyətləri, restoran və kafe xidmətləri ilə təchiz olunmuş "City Point" 14 mərtəbədə yerləşən geniş imkanlı ofislərə malik, 80 kv.m-dən yuxarı sahəsi olan yeni fərqli bir binadır.

Tənzilə

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib

16.06.2026

"Fox" 22 milyard dollara şirkət satın alır

16.06.2026

Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

16.06.2026

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standartı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Məzənnə

Yüklənir...