Redaktor
May ayında Azərbaycanda ödəniş kartlarının sayı artıb
May ayının sonuna olan məlumata görə, bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 minə çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb.
“Bu zaman debet kartlarının sayı 13 faiz artdığı halda, kredit kartlarının sayı 3 faiz azalıb.
Ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə də müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb”, - deyə AMB bildirib.
Məlumata əsasən, 2026-cı ilin may ayı ərzində bank kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,68 milyard manat təşkil edib.
Qeyd edək ki, 2026-cı il mayın 31-nə Azərbaycanda 22 bank fəaliyyət göstərib. Onların ümumi filial sayı 499, şöbələrinin (mübadilə məntəqələri daxil olmaqla) sayı 84, bankomatların sayı isə 3 502 olub.
Hesabat ayında bank sektorunda çalışanların sayı 27 min 374 nəfər təşkil edib.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-nin Trend-ə verdiyi məlumata görə, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq POS-terminallarda, eləcə də mobil bank tətbiqlərində mərhələli şəkildə istifadəyə verilir.
AMB-də bildirilib ki, növbəti mərhələdə transsərhəd QR ödənişlərinin tətbiqi mümkün ola bilər. Bunun üçün Azərbaycanın Ani Ödənişlər Sisteminin digər ölkələrin analoji sistemləri ilə qarşılıqlı inteqrasiyası imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici qurum bu sahədə beynəlxalq təcrübəni öyrənir.
Mərkəzi Bank vurğulayıb ki, əsas prioritet QR ödənişlərindən gündəlik pərakəndə hesablaşmalarda istifadənin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir.
"İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"
"Traction Fund" Vençur Fondunun (ABŞ) təsisçisi və investisiya direktoru Ülvi Rəşidin Bakıdakı seminarına qoşulmaq istəyirsiniz? Əlavə məlumat üçün BURA BAX.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKeti Vud ucuzlaşan texnologiya səhmlərini almağa davam edir
28.06.2026“SpaceX” 60 milyard dollarlıq “Cursor” alqı-satqısı ilə proqram bazarında mövqeyini gücləndirir
28.06.2026"Broadcom" süni intellekt çipləri hesabına gəlirlərini artırır
28.06.2026“Berkshire Hathaway”in nağd vəsaiti 400 milyard dollara yaxınlaşır
28.06.2026“Amazon” Hindistana əlavə 13 milyard dollar sərmayə qoyacaq
27.06.2026AİB Azərbaycanı da əhatə edən özəl sektor layihəsini nəzərdən keçirir
27.06.2026Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
27.06.2026NBA tarixində ən bahalı 8 müqavilə
27.06.2026Avropada tanınan 15 məşhur geyim brendi
27.06.2026Dünyanın ən lüks biznes otelləri
27.06.2026"Starlink" tamhüquqlu mobil operator olmağı planlaşdırır
27.06.2026Biznesdə insanlararası ünsiyyət bacarıqları niyə vacibdir?
27.06.2026Uğurlu insanların 15 əsas xüsusiyyəti
27.06.2026Dünyanın 10 lüks saat brendi
27.06.2026
"İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"