Redaktor
İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir? - RƏSMİ
İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda (fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri və s.) işçini ay ərzində nəzərdə tutulan istirahət günlərində işə cəlb edərsə, əlavə ödəniş etməlidir.
Valyuta.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.
V.Quliyev bildirib ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, işçinin istirahət, səsvermə, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilməsi halında əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir.
“Belə ki, vaxtamuzd əməkhaqqı sistemində – gündəlik tarif maaşının ən azı iki misli,İşəmuzd əməkhaqqı sistemində – ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə isə:
o iş aylıq iş vaxtı norması daxilində görüldükdə – maaşdan əlavə gündəlik vəzifə maaşı qədər, o iş aylıq normadan artıq görüldükdə – maaşdan əlavə gündəlik vəzifə maaşının iki misli ödənilir”.
Xidmət rəisi vurğulayıb ki, həmçinin işçi öz istəyi ilə əlavə əməkhaqqı əvəzinə başqa istirahət günü (əvəzgün) ala bilər. Əlavə olaraq, işəgötürən işçini həmin günlərdə normadan artıq işlədirsə, bu, iş vaxtından artıq iş hesab olunur və Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq hər saat üçün ikiqat məbləğdən az olmayaraq ödənilməlidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır
22.01.2026İşçilərə sınaq müddəti üçün az maaş verənlərin diqqətinə!
22.01.2026Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
22.01.2026
Əmək haqqına ən çox xərc çəkən banklar - RENKİNQ
22.01.2026Tütünə çəkilən xərclər 13 milyon artdı
22.01.2026İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir? - RƏSMİ
22.01.2026XƏBƏRDARLIQ: Uşaq qidasında çirkləndirici aşkarlandı
22.01.2026İnvestisiya şirkətlərinin korporativ istiqrazlar dövriyyəsinin həcmi üzrə RENKİNQİ
22.01.2026Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər
22.01.2026Əfqan Cəlilov Rauf Vəliyevin əsas adamını işdən çıxardı
22.01.2026
Milyarderlər 2026-cı ildə necə investisiya qoymağı planlaşdırır? - CƏDVƏL
22.01.2026Azərbaycanda türk qızılı kəskin bahalaşdı
22.01.2026Yolların xətlənməsinə 36,8 milyon manat xərclənəcək
22.01.2026Buraxılış və qəbul imtahanlarının tarixləri açıqlandı
22.01.2026Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - SİYAHI
22.01.2026İran Mərkəzi Bankı 507 milyon dollar dəyərində USDT alıb
22.01.2026"Paşa Bank"ın xalis mənfəəti 50 milyondan çox azalıb
22.01.2026
İşçilər bir-birinin maaşını bilməlidir?
22.01.2026