Redaktor
İran Mərkəzi Bankı 507 milyon dollar dəyərində USDT alıb
Blokçeyn analitika şirkəti "Elliptic" iddia edir ki, İran Mərkəzi Bankı sanksiyaların təsirini azaltmaq və beynəlxalq ticarətdə istifadə məqsədilə 507 milyon dollar dəyərində USDT alışı həyata keçirib.
Valyuta.az xəbər verir ki, alımların əsas hissəsinin ötən il baş verdiyi bildirilir.
"Elliptic"in araşdırmasına görə, İran USDT-dən həm rialı dəstəkləmək, həm də xarici ödənişlər üçün istifadə edib. Şirkət USDT əməliyyatlarının iqtisadi dalğalanmaların artdığı dövrlərdə sürətləndiyini qeyd edir.
Bundan əvvəl "Washington Post" da İslam İnqilabi Keşikçiləri Korpusu ilə əlaqəli strukturların 2023-cü ildən bəri əsasən USDT ilə təxminən 1 milyard dollarlıq kripto əməliyyatlar apardığını yazıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər