Redaktor
"Moody’s": Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
Bank sektorunda tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.
Valyuta.az beynəlxalq reytinq agentliyi Moody’s-ə istinadən verdiyi məlumata görə, bu, aktivlərin sabit keyfiyyətində, kifayət qədər ehtiyatların formalaşdırılmasında və bankların möhkəm kapital mövqelərində özünü göstərir.
Agentlik qeyd edir ki, Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsinin “baa” səviyyəsində olması bank sisteminin nisbətən kiçik miqyasını əks etdirir və bu da əhəmiyyətli şərti öhdəliklərin yaranması risklərini məhdudlaşdırır.
Moody’s hesabatında bildirilir ki, bank sektorunda islahatların davam etdirilməsi, o cümlədən likvidliyin və risklərin idarə olunması sahəsində Bazel III tələblərinin tətbiqi bank sisteminin sabitliyinə bundan sonra da müsbət təsir göstərəcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin ötən ilin 16 dekabr tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Nəticədə bank kapitalının strukturu, kapitalın adekvatlıq əmsalları, kapital buferləri və bir sıra digər prudensial tələblər Bazel III standartlarına uyğunlaşdırılıb.
Banklara yeni kapital strukturuna uyğunlaşmaq, daxili qayda və prosedurlarını yenilənmiş normativ tələblərə uyğunlaşdırmaq, habelə işçi heyətinin təlimi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün bir illik keçid dövrü təqdim olunub.
1 yanvar 2027-ci ildən etibarən banklar yeni tələblərə tam şəkildə riayət etməyə borclu olacaqlar.
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana bu ölkələrdən 24 milyard dollardan çox məhsul idxal olunub
22.01.2026OMİD Mağazalar Şəbəkəsi borca düşüb
22.01.2026Tövlədən idarə etdiyi biznesini dünyada məşhur imperiyaya çevirdi
22.01.202627 milyon manatlıq əmlak üzərinə həbs qoyulub
22.01.2026"Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5%-ni təşkil edəcək
22.01.2026ABŞ Prezidenti: Venesuelanı böyük neft şirkətləri üçün açırıq
22.01.2026Donald Tramp: ABŞ iqtisadiyyatı inflyasiyasız inkişaf edir
22.01.2026Prezident həmin sənədi imzaladı
22.01.2026ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır
22.01.2026İşçilərə sınaq müddəti üçün az maaş verənlərin diqqətinə!
22.01.2026"Moody’s": Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
22.01.2026
Əmək haqqına ən çox xərc çəkən banklar - RENKİNQ
22.01.2026Tütünə çəkilən xərclər 13 milyon artdı
22.01.2026İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir? - RƏSMİ
22.01.2026XƏBƏRDARLIQ: Uşaq qidasında çirkləndirici aşkarlandı
22.01.2026İnvestisiya şirkətlərinin korporativ istiqrazlar dövriyyəsinin həcmi üzrə RENKİNQİ
22.01.2026Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər
22.01.2026Əfqan Cəlilov Rauf Vəliyevin əsas adamını işdən çıxardı
22.01.2026