"Paşa Bank"ın xalis mənfəəti 50 milyondan çox azalıb

Redaktor

22.01.2026 10:33
91

"Paşa Bank"ın xalis mənfəəti 50 milyondan çox azalıb

Paşa Bank 2025-ci ili 148,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilin nəticəsi ilə müqayisədə 61,6 milyon manat və ya 29,3% azdır.

Valyuta.az xəbər verir ki, bankın maliyyə nəticələrində təkcə xalis mənfəət deyil, əsas gəlir göstəricilərində də geriləmə müşahidə olunub.

Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 2025-ci ildə 114,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 12 milyon manat və ya 9,5% azalma deməkdir. Bankın xalis faiz gəliri də 3,4% azalaraq 344,7 milyon manata düşüb. Əməliyyat mənfəəti isə illik müqayisədə 11,9 milyon manat azalıb və 250,5 milyon manat səviyyəsində qeydə alınıb.

Bununla belə, bankın kredit portfelində artım müşahidə olunub. 2025-ci ilin sonuna müştərilərə verilmiş kreditlərin həcmi 3 milyard 432 milyon manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 128,8 milyon manat və ya 3,9% çoxdur. Amma istehlak kreditləri üzrə göstərici 16,9% azalaraq 75,1 milyon manata enib.

2025-ci ilin sonuna Paşa Bankın cəmi aktivləri 9 milyard 407 milyon 313 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövründəki 8 milyard 220 milyon 178 min manatla müqayisədə 1 milyard 187 milyon manat və ya 14,4% artımdır. Cəmi öhdəliklər də eyni dövrdə 7 milyard 313 milyon 303 min manatdan 8 milyard 489 milyon 548 min manata yüksəlib.

2025-ci ilin sonuna nağd pul vəsaitləri və onların ekvivalentləri 956 milyon manat təşkil edib. Bu, əvvəlki ilin analoji göstəricisindən 465,9 milyon manat və ya 32,8% azdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir? - RƏSMİ AÇIQLAMA

22.01.2026

XƏBƏRDARLIQ: Uşaq qidasında çirkləndirici aşkarlandı

22.01.2026

İnvestisiya şirkətlərinin korporativ istiqrazlar dövriyyəsinin həcmi üzrə RENKİNQİ

22.01.2026

Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər

22.01.2026

Əfqan Cəlilov Rauf Vəliyevin əsas adamını işdən çıxardı

22.01.2026
Milyarderlər 2026-cı ildə necə investisiya qoymağı planlaşdırır?

Milyarderlər 2026-cı ildə necə investisiya qoymağı planlaşdırır? - CƏDVƏL

22.01.2026

Azərbaycanda türk qızılı kəskin bahalaşdı

22.01.2026

Yolların xətlənməsinə 36,8 milyon manat xərclənəcək

22.01.2026

Buraxılış və qəbul imtahanlarının tarixləri açıqlandı

22.01.2026

Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - SİYAHI

22.01.2026

İran Mərkəzi Bankı 507 milyon dollar dəyərində USDT alıb

22.01.2026

"Paşa Bank"ın xalis mənfəəti 50 milyondan çox azalıb

22.01.2026
İşçilər bir-birinin maaşını bilməlidir?

İşçilər bir-birinin maaşını bilməlidir?

22.01.2026
"Ödəniş edilməyəndə, təcrübəçilərdə ruh düşkünlüyü yaranır"

"Ödəniş edilməyəndə, təcrübəçilərdə ruh düşkünlüyü yaranır"

22.01.2026

Azərbaycan nefti ucuzlaşıb

22.01.2026

İsveç Şahzadəsi vəfat etdi

22.01.2026

Azərbaycan ötən il qeyri-neft məhsullarının satışından nə qədər valyuta əldə edib?

22.01.2026

Artıq bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək

22.01.2026

Rubl bahalaşmaqda davam edir

22.01.2026
Kreditin müəyyən müddətlik “dondurulması” mümkündür?

Kreditin müəyyən müddətlik “dondurulması” mümkündür?

22.01.2026

Məzənnə

Yüklənir...