Redaktor
Kreditin müəyyən müddətlik “dondurulması” mümkündür?
Bəzən elə hallar olur ki, işdən ayrıldıqdan sonra insan müəyyən müddət işsiz qalacağını əvvəlcədən bilir. Həmçinin, bəzi hallarda sağlamlıqla bağlı çətinliklər yaşana, gəlirlə bağlı müvəqqəti problemlər ortaya çıxa bilər. Belə hallarda kredit ödənişlərini vaxtında etmək mümkün olmur.
Bu cür vəziyyətdə banklara müraciət edərək kreditin müəyyən müddətlik “dondurulması” mümkündürmü?
Valyuta.az-a açıqlamasında İqtisadçı Xalid Kərimli bildirib ki, istənilən şəxs istənilən orqana müraciət edə, öz arzu və istəklərini, həmçinin mövcud vəziyyətini ifadə edə bilər:
"Lakin kreditin müəyyən müddətə dondurulması yalnız bankın razılığı əsasında mümkündür. Bu məsələdə iki tərəf mövcuddur: biri maliyyə çətinliyi yaşayan şəxs, digəri isə bankdır. Kreditin dondurulması yalnız tərəflər arasında razılaşma olduğu halda həyata keçirilə bilər. Başqa sözlə, şəxs məktubla vəziyyətini əsaslandıraraq banka müraciət edə bilər. Lakin bu, mütləq nəticə verəcək demək deyil. Əgər banka təqdim olunan məlumatlar qənaətbəxş olarsa, kreditin şərtlərinə yenidən baxıla və restrukturizasiya (kreditin restrukturasiyası) həyata keçirilə bilər. Əks halda, müraciət qəbul olunmaya bilər. Bu zaman ödəniş gecikərsə, cərimə faizləri tətbiq olunacaq və maliyyə vəziyyəti daha da ağırlaşa bilər".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə qeyd edib ki, bəzi hallarda banklar müştərilərinə müəyyən güzəştlər edə bilirlər:
"Lakin bu, qanunvericilikdən irəli gələn məcburi öhdəlik deyil, daha çox bankın öz xoş iradəsi ilə atdığı addımdır. Güzəşt tətbiq olunması adətən xüsusi hallar və ya bankın müştəri ilə uzunmüddətli münasibətləri fonunda baş verir. Lakin ümumi qayda olaraq, banklar bu cür güzəştləri geniş şəkildə tətbiq etmirlər".

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Ödəniş edilməyəndə, təcrübəçilərdə ruh düşkünlüyü yaranır"
22.01.2026Azərbaycan nefti ucuzlaşıb
22.01.2026İsveç Şahzadəsi vəfat etdi
22.01.2026Azərbaycan ötən il qeyri-neft məhsullarının satışından nə qədər valyuta əldə edib?
22.01.2026Artıq bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək
22.01.2026Rubl bahalaşmaqda davam edir
22.01.2026