İslam İsmayılov: bütün icbari sığorta növləri elektronlaşdırılıb

Redaktor

10.02.2026 12:42
119

İslam İsmayılov: bütün icbari sığorta növləri elektronlaşdırılıb

İcbari Sığorta Bürosunun 2022-ci il islahatları nəticəsində  5 bütün icbari növlər elektronlaşdırılıb.

Valyuta.az xəbər verir ki, bu sözləri “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

Həmin elektronlaşlaşmış xidmətlər üzrə təqdim olunan sığorta şəhadətnamələri elektron pdf versiyasında təqdim edilir, kağız daşıyıcıda artıq xidmətlər təqdim olunmur. 

İ.İslamovun sözlərinə görə, icbari sığorta növləri üzrə verilən şəhadətnamələrin sayı ən çox avtonəqliyyat sahəsində qeydə alınıb: "Standart icbari avtonəqliyyat sığortası üzrə 1 milyon 617 min 677 şəhadətnamə rəsmiləşdirilib.

Daşınmaz əmlak sahəsində isə icbari sığorta üzrə 192 min 355, daşınmaz əmlakın istismarı ilə bağlı icbari sığorta üzrə isə 22 min şəhadətnamə verilib".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...