Redaktor
"iPhone 18 Pro" necə olacaq? - Payızın əsas smartfonunun xüsusiyyətləri
“Apple”ın növbəti nəsil smartfonları - "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin təqdimatına dörd aydan az vaxt qalıb və cihazlarla bağlı artıq çoxsaylı sızmalar yayılıb. Eyni məlumatların bir neçə insayder tərəfindən təkrarlanması proqnozların reallaşma ehtimalını artırır.
Valyuta.az xəbər verir ki, “PhoneArena” nəşri bu il premium "iPhone" modellərindən nə gözlənildiyini ətraflı şəkildə təqdim edib. Gözlənilir ki, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" sentyabr təqdimatında nümayiş etdiriləcək, adi "iPhone 18" isə yalnız 2027-ci ilin yazında satışa çıxacaq.
“Pro” modellərinin ölçüləri dəyişməyəcək: flaqmanlar 6,3 və 6,9 düymlük ekranları qoruyub saxlayacaq. Arxa şüşə panel korpusun alüminium çərçivəsi ilə eyni rəng tonunda hazırlanacaq. "iPhone 18 Pro" üçün əsas rəng kimi isə “dərin şərab çaları” kimi təsvir olunan tünd qırmızı seçilib.
İnsayderlərin məlumatına görə, “Apple” son 4 ildə ilk dəfə “Dynamic Island” ölçüsünü kiçildəcək. Çıxıntının sahəsinin təxminən 35 faiz azalacağı gözlənilir. “Face ID” komponentlərinin bir hissəsinin ekran altına yerləşdirilməsi sayəsində “həb” formasındakı çıxıntının uzunluğu indiki təxminən 20,7 mm-dən 13,5 mm-ə qədər azalacaq.

Kiçildilmiş “Dynamic Island” ilə "iPhone 18 Pro"nun mümkün görünüşü
"iPhone 18 Pro"nun əsas kamera modulu ilk dəfə dəyişən diafraqma texnologiyası əldə edəcək. Bu funksiya çəkiliş şəraitindən asılı olaraq sensora düşən işıq miqdarını avtomatik tənzimləməyə imkan verəcək və kameranı daha universal edəcək.
Bundan əlavə, "iPhone" seriyası “Apple”ın 2-nanometrlik texnoloji proses əsasında istehsal edilən prosessorla təchiz olunmuş ilk smartfonları olacaq. Bu, əvvəlki 3-nm çiplərlə müqayisədə məhsuldarlıq və enerji səmərəliliyində ciddi artım təmin edəcək.
"iPhone 18 Pro Max" modelinə rekord həcmli — 5200 mAs batareya aid edilir. İlkin qiymətləndirmələrə görə, böyüdülmüş batareya və yeni prosessorun birləşməsi cihazın avtonom işləmə müddətini əhəmiyyətli dərəcədə artıraraq iki günədək aktiv istifadəyə imkan verəcək.
Ümumilikdə insayderlər hesab edirlər ki, "iPhone 18 Pro" seriyası radikal dəyişiklik deyil, daha çox təkamül xarakterli yenilənmə olacaq. Bu ilin əsas “inqilabı” isə şayiələrə görə “iPhone Ultra” adlanacaq qatlana bilən iPhone modeli olacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026