“İnstagram”da ancaq bu şərtlə canlı açmaq mümkün olacaq - Qərar qəbul edildi

Redaktor

04.08.2025 19:45
304

“İnstagram”da ancaq bu şərtlə canlı açmaq mümkün olacaq - Qərar qəbul edildi

İnstagram platformasında canlı yayım funksiyasından istifadə etmək istəyən istifadəçilər üçün yeni məhdudiyyət tətbiq olunub. 

Valyuta.az xəbər verir ki, artıq yalnız ictimai hesabı olan və ən azı 1000 izləyiciyə malik istifadəçilər canlı yayım açmaq hüququna sahib olacaqlar.
Daha əvvəl bütün istifadəçilər üçün əlçatan olan bu imkan “Meta” şirkətinin yeni qərarı ilə yalnız müəyyən şərtlərə cavab verən hesablarla məhdudlaşdırılıb. Bu addım xüsusilə yeni başlayan mikro məzmun yaradıcılarının platformada görünürlüyünə ciddi təsir göstərə bilər.

"Canlı yayım üçün uyğun deyilsiniz" bildirimi yeni qaydalarla hesabı gizli olan və ya 1000 izləyicidən az izləyicisi olan istifadəçilər canlı yayım açmağa çalışdıqda, aşağıdakı məzmunlu bildirim ilə qarşılaşacaqlar:

"Hesabınız canlı yayım üçün uyğun deyil. Bu funksiyanı istifadə etmək üçün hesabınız ictimai olmalı və ən azı 1000 izləyiciniz olmalıdır".

“İnstagram”ın bu qərarı nəyə xidmət edir? 

“İnstagram” bu dəyişikliyin əsas məqsədini “canlı yayım izləmə təcrübəsini yaxşılaşdırmaq” kimi təqdim etsə də, bunun arxasında texniki resursların optimallaşdırılması və az izləyicili yayım xərclərini azaltmaq kimi iqtisadi səbəblərin dayandığı ehtimal olunur.

Qeyd edək ki, “TikTok” platformasında (Hindistan istisna olmaqla) canlı yayım açmaq üçün 1000 izləyici şərti mövcuddur. “YouTube” isə bu baxımdan daha əlçatandır - sadəcə 50 abunəçi kifayət edir.

Sosial media artıq “hamının səhnəsi” deyilmi? 

“İnstagram”ın bu addımı bir tərəfdən platformadakı keyfiyyətli yayımları təşviq etsə də, digər tərəfdən yeni məzmun yaradıcılarının inkişaf imkanlarını məhdudlaşdırır. Bu qərarla sosial media məkanı artıq bütün istifadəçilərə bərabər imkanlar təqdim edən bir sahə olmaqdan uzaqlaşa bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünya Bankı iqtisadiyyatın artım proqnozunu azaldıb

11.06.2026

Məşhur şirkət yarım milyondan çox yolsuzluq avtomobilini geri çağırır

11.06.2026

BMU-nun məzun gününü təşkil edəcək şirkət məlum oldu

11.06.2026

Müddətli əmanətlərə ən yüksək faiz verən 5 iqtisadi region

11.06.2026

İstifadəçilər "Instagram"da nə görəcəklərinə özləri qərar verəcək

11.06.2026

Sakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır

11.06.2026

Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib

11.06.2026

"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək

11.06.2026

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

11.06.2026

İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi

11.06.2026

7 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı

11.06.2026

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Məzənnə

Yüklənir...