Redaktor
"İnstagram" 3 milyard aylıq aktiv istifadəçiyə çatdı
"Meta"nın ən böyük platformalarından biri olan "İnstagram", aylıq aktiv istifadəçi sayısını 3 milyarda yüksəldib.
Şirkətin CEO-su Mark Zuckerberg bildirib ki, "Facebook" bu göstəriciyə yanvar ayında, "WhatsApp" isə aprel ayında çatıb.
Valyuta.az xəbər verir ki, son illərdə "İnstagram"ın böyüməsində əsas rol reels qısa videoları və xüsusi mesajlaşma (DM) funksiyası oynayıb. "Meta" bu iki sahədə daha çox yenilik etməyə hazırlaşır.
"İnstagram" rəhbəri Adam Mosseri isə açıqlamasında, DM və Reels bölmələrinin ana səhifə menyusunda daha əlçatan olacağını deyib. O həmçinin istifadəçilərin algoritma üzərində daha çox söz sahibi olacağını vurğulayıb. Yeni yeniləmə ilə istifadəçilər müəyyən mövzu başlıqlarının lentdə daha tez-tez və ya daha az görünməsini seçə biləcəklər.
Sərvanə Rəmixanova