Redaktor
İlon Maskın sərvəti bir gündə 62,3 milyard dollar artdı
"Tesla" və "SpaceX" səhmlərinin kəskin bahalaşması İlon Maskın sərvətini yenidən 1 trilyon dollar həddinin üzərinə çıxarıb.
Valyuta.az xəbər verir ki, Forbes-un hesablamalarına görə, bazar ertəsi "SpaceX" səhmləri 7,6%, "Tesla" səhmləri isə 8,6% bahalaşıb. Nəticədə Maskın sərvəti bir gün ərzində 62,3 milyard dollar artaraq 1 trilyon dolları ötüb.
Bununla da Mask ötən həftə itirdiyi trilyoner statusunu yenidən bərpa edib.
Hazırda İlon Mask 4,8 milyard "SpaceX" səhminə, hər birinin istifadə qiyməti 8,40 dollar olan 350 milyon opsiona, həmçinin təxminən 700 milyon "Tesla" səhminə sahibdir.
Niyə trilyoner statusunu itirdi?
Ötən həftə "Forbes" Maskın sərvətinin hesablanmasından təxminən 116 milyard dollar dəyərində məhdudlaşdırılmış "Tesla" səhmlərini çıxarıb. Buna səbəb onun 2018-ci il üzrə CEO mükafat paketinə daxil olan bütün opsionlardan istifadə etmək üçün 7,1 milyard dollar dəyərində səhmlərindən imtina etməsi olub.
Qeyd edək ki, həmin mükafat paketi 2024-cü ildə Delaver məhkəməsi tərəfindən ləğv edilmiş, 2025-ci ildə isə Delaver Ali Məhkəməsi tərəfindən bərpa olunub. Daha sonra "Tesla" bu paketi yenisi ilə əvəz edib. Yeni şərtlərə əsasən, Mask yalnız 2028-ci ilin yanvar ayına qədər şirkətdə rəhbər vəzifədə qalacağı təqdirdə bu mükafatı tam əldə edə biləcək.
Bundan əlavə, "SpaceX" səhmlərinin IPO-dan sonra qazandığı 41 faizlik artımın bir hissəsini geri verməsi də onun sərvətinin azalmasına təsir göstərib.
Dünyanın ən varlı şəxsi olaraq qalır
İlon Mask hazırda da dünyanın ən zəngin insanıdır. Onun sərvəti "Google"un həmtəsisçiləri Larri Peycin 288,7 milyard dollarlıq, Sergey Brinin isə 266,3 milyard dollarlıq sərvətini xeyli üstələyir.
Xatırladaq ki, Mask 2026-cı ilin iyun ayında "SpaceX"in rekord IPO-su sayəsində sərvətini 1,1 trilyon dollara çatdıraraq dünyanın ilk trilyoneri olub. Ondan əvvəl isə o, ardıcıl olaraq 400 milyard, 500 milyard, 600 milyard, 700 milyard, 800 milyard və 900 milyard dollarlıq sərvət həddini keçən ilk şəxs kimi tarixə düşüb.
Bundan başqa, "Tesla" səhmdarları noyabr ayında Mask üçün yeni kompensasiya paketini təsdiqləyiblər. Şirkət qarşıdakı illərdə müəyyən maliyyə və əməliyyat hədəflərinə nail olacağı təqdirdə, həmin paketin dəyəri 1 trilyon dollara yaxınlaşa bilər.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi
30.06.2026Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz
30.06.2026Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır
30.06.2026Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır
30.06.2026"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu
30.06.2026AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək
30.06.2026Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil
30.06.2026“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO
30.06.2026Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək
30.06.2026"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı
30.06.2026Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20
30.06.2026İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb
30.06.2026Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib
30.06.2026“Derya” 1,1 milyon dollar investisiya alıb
30.06.2026Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu
30.06.2026"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər
30.06.2026