Redaktor
“Humans&” 480 milyon dollar investisiyası alıb
"Anthropic", "xAI" və "Google"un keçmiş əməkdaşları tərəfindən təsis edilən insan mərkəzli süni intellekt laboratoriyası “Humans&” 480 milyon dollar həcmində toxum investisiyası cəlb edib. İnvestisiya raunduna SV Angel və şirkətin qurucu ortaqlarından Corc Harik liderlik edib.
Valyuta.az xəbər verir ki, rundda “Nvidia”, “Amazon”un qurucusu Cef Bezos, “GV”, “S32”, “DCVC”, “Human Capital”, “Felicis”, “CRV”, “Maxitech” və Lörin Pauell Cobsun şirkəti “Emerson Collective” iştirak edib.
Şirkət 4,48 milyard dollar dəyərəmə ilə investisiya alıb. “Humans&”in qurucu ortaqlarından Andi Penqin bildirdiyinə görə, cəlb olunan vəsaitin əsas hissəsi süni intellekt modellərinin təlimi üçün hesablama gücünün təmin edilməsinə yönəldiləcək.
2025-ci ilin sentyabrında qurulan “Humans&” insanların əlaqə qurmasını və birlikdə işləməsini asanlaşdıran, əməkdaşlığı və insan intuisiýasını mərkəzə alan süni intellekt alətlərinin hazırlanmasına fokuslanır. Startapın qurucu komandası “Anthropic”in keçmiş tədqiqatçısı Andi Penq, “xAI” tədqiqatçısı Erik Zelikman, “Google”un ilk əməkdaşlarından olan Corc Harik, Yuçen He və Noa Qudmandan ibarətdir.
Mayya Hüseynova