Süni intellekt dəstəkli oyun inkişafetdirmə alətləri

Redaktor

25.01.2026 10:49
293

Süni intellekt dəstəkli oyun inkişafetdirmə alətləri - 10 platforma

Süni intellekt oyun sənayesində istehsal prosesini köklü şəkildə dəyişir. Fikir mərhələsindən oynanılan prototipə qədər olan bütün mərhələlərdə istifadə olunan süni intellekt əsaslı alətlər oyun istehsalını həm sürətləndirir, həm də xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Dizayn, dialoq yazımı, səviyyə planlaması, 3D obyekt və musiqi istehsalı kimi sahələrdə süni intellekt artıq oyun inkişaf etdiricilərin əsas köməkçisinə çevrilib. Mətn əsaslı göstərişlərlə birbaşa oyun varlıqları yaratmaq imkanı, xüsusilə müstəqil studiyalar üçün sürətli prototipləmə və ideyaların tez test edilməsi baxımından böyük üstünlük yaradır.

Valyuta.az oyun inkişafetmə prosesində geniş istifadə olunan 10 süni intellekt dəstəkli platformanı təqdim edir:

1. Nitrode

3D oyunların dizaynı, kodlaşdırılması və yayımını vahid interfeys üzərindən mümkün edir. Real vaxtlı AI köməkçisi oyun mexanikasının qurulmasından səhvlərin aşkarlanmasına qədər bir çox prosesi avtomatlaşdırır. Hazırda yalnız macOS əməliyyat sistemində mövcuddur.

2. nunu.ai

"nunu.ai" oyun studiyaları üçün avtomatlaşdırılmış keyfiyyətə nəzarət (QA) platformasıdır. İngilis dilində yazılan test ssenariləri, insan kimi oynayan süni intellekt agentləri vasitəsilə sınaqdan keçirilir. Platforma manuel testlərə sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.

3. ORCA

"ORCA" mətn əsaslı göstərişlərlə oyun dünyaları yaratmağa imkan verən süni intellekt dəstəkli oyun mühərrikidir. Kod yazmadan hekayə və oyun mühiti qurmaq mümkündür. Xüsusilə hekayə yönümlü və eksperimental oyunlar üçün uyğundur.

4. Layer

"Layer iri" oyun studiyaları üçün nəzərdə tutulmuş korporativ AI platformasıdır. Oyun içi varlıqlar, UI dizaynları, personajlar və marketinq materiallarının istehsalını avtomatlaşdırır. Unity, Unreal Engine, Blender və Godot ilə tam inteqrasiya olunur.

5. Ludo.ai

"Ludo.ai" ideya mərhələsindən oynanılan demoya qədər bütün prosesi əhatə edən “hamısı bir yerdə” platformadır. Oyun konsepti, bazar trendi analizi, sprite, animasiya və 3D obyekt istehsalı imkanları təqdim edir.

6. Kaedim

"Kaedim 2D" eskizlərdən və referans şəkillərdən istehsala hazır 3D modellər yaradır. Platforma AAA oyun studiyaları və "Fortune" 100 şirkətləri tərəfindən istifadə olunur. 2024-cü ildə A seriyasında 15 milyon dollar investisiya alıb.

7. Sagaland

"Sagaland" hekayə əsaslı oyunların və interaktiv ssenarilərin yaradılmasına fokuslanır. İstifadəçilər mətn vasitəsilə personajlar və oyun kainatı qura bilir. Platforma 2024-cü ildə "Y Combinator"dan investisiya alıb.

8. Promethean AI

"Promethean AI" oyun, film və animasiya studiyaları üçün dünya quruculuğu (world building) prosesini avtomatlaşdırır. Mövcud "pipeline"ları dəyişmədən işləməsi onu iri studiyalar üçün cəlbedici edir. Platforma "PlayStation Studios" tərəfindən də istifadə olunur.

9. Inworld AI

"Inworld AI NPC"lərə real vaxtlı yaddaş, emosional reaksiya və müstəqil şəxsiyyət qazandırır. "Unity" və "Unreal Engine" ilə inteqrasiya olunur. 2023-cü ildə 50 milyon dollar investisiya alaraq 500 milyon dollar dəyərəməyə çatıb.

10. Rosebud AI

"Rosebud" AI təbii dil əmrləri ilə brauzer üzərindən 3D oyun dünyaları qurmağa imkan verir. Platforma yalnız prototipləmə deyil, həm də oyunların "Steam" üzərindən birbaşa yayımlanmasına və monetizasiya edilməsinə şərait yaradır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu il Bakıda ən çox investisiya cəlb edən 3 startap

12.03.2026

Türk lirəsi dəyər itirir

12.03.2026

Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

12.03.2026

Pulsuz hədiyyə verilən məhsul necə milyardlıq biznesə çevrildi? - “Wrigley”in hekayəsi - SƏHƏR OXUSU

12.03.2026

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Məzənnə

Yüklənir...