"Gəliri artan ailələrin qida xərclərinin xüsusi çəkisi azalır"

Redaktor

06.02.2026 11:15
553

"Gəliri artan ailələrin qida xərclərinin xüsusi çəkisi azalır" - İqtisadçı

Pul artdıqca insanın seçim imkanları genişlənir və ailə büdcəsində xərclərin strukturu tədricən dəyişməyə başlayır. Gündəlik tələbatların ödənilməsi ilə yanaşı, maliyyə qərarları daha çox alternativ üzərindən verilir. Bəzilərinə görə, gəlir artdıqca qida xərclərinin ümumi xərclərdəki payının azalır. Həqiqətən belədir? Elədirsə, niyə gəlir artdıqca, ailə büdcəsində ərzaq xərclərinə ayrılan vəsaitin nisbi payı azalır?

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, ərzaq məhsullarının payının ümumi xərclərdə çəkisinin artma-azalma dinamikasını izah edən bir qanun var. Bu, "Engel" qanunu adlanır:

“Bu qanunda qeyd edilir ki, ümumiyyətlə, ailənin gəliri az olanda, ilk növbədə əsas ehtiyaclar qarşılanır. Bu zamanda əsas ehtiyac ərzaq məhsulları olduğundan, ilk olaraq bu qarşılanır. Ərzaq məhsulları insanın xərcləri arasında çox böyük xüsusi çəkiyə malik olur. Çünki insan ilk növbədə yemək, su, qida istəyir. Yəni, zəruri ehtiyacları ödəməlidir ki, bunun da içərisində qida başda gəlir. Gəlir artdıqdan sonra insan digər istiqamətlərə vəsait xərcləyir. Yəni, istirahətə, əyləncəyə gedir, özünə bahalı nəqliyyat vasitəsi alır, bahalı müxtəlif xidmətlərdən istifadə edir. Daha keyfiyyətli rejimə keçir. Yəni vəsait artdığı, gəlirlər çoxaldığı zaman, artıq qeyri-ərzaq yönündə istənilən qədər xərci artırmaq olur. Yəni 10.000 manatlıq da avtomobil ala bilərsiniz, 10.000.000 manatlıq da. Amma 10 manatlıq yemək yeyən insan, maksimum sonra 1000 manatlıq yeyə bilər. 10.000.000 manatlıq yeməyi yemək mümkün deyil”.

“Yəni, qeyri-ərzaq istiqaməti sonsuzdur, amma ərzaq istiqaməti sonsuz deyil. Bu konteksdə, məsələn, 400 manatlıq əməkhaqqı alan insan onun 300 manatını qidasına xərcləyəcək. Amma insan 500 manat əməkhaqqı alsa, 350 manatını xərcləyəcək yeməyə. Məsələn, insan 2000 manat əməkhaqqı alsa, 1000 manatını qidaya xərcləyəcək. Amma insan 1.000.000 pul qazanırsa, onun yarım milyonunu qidaya xərcləməyəcək. Avtomatik olaraq pulun yarısı qeyri-ərzaq xərclərinə gedəcək. Ailə varlananda, büdcənin strukturu dəyişir. Əvvəl vacib olan ərzaqlar idisə, indi yerdə qalan artıq hissə varlandıqca digər istiqamətlərə pullar daha çox xərclənir. Yəni, insanın ərzaq istəyi bioloji - mədəsinin tələbatıdır. İnsan nə qədər yeyə biləcəksə, o qədər alacaq. İnsan mədəsinin isə bəlli bir sərhədləri, ölçüsü var. Amma insanın xəyallarının, arzularının ölçüsü yoxdur. Məhz qeyri-ərzaq məhsulları insanın xəyallarında, arzularında formalaşır. Buna görə də gəlir artdıqca, ərzaq məhsullarının xüsusi çəkisi azalır, qeyri-ərzaqsa artır”- deyə iqtisadçı qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

Məzənnə

Yüklənir...