Epşteyn ona 100 milyon dollar vəsiyyət edib

Redaktor

06.02.2026 16:59
290

Epşteyn ona 100 milyon dollar vəsiyyət edib

Ceffri Epşteynin arxivinin dərc olunmasından sonra məlum olub ki, onun əsas varisi Belaruslu stomatoloq Karina Şulyak olub. Epşteyn ölümündən iki gün əvvəl tərtib etdiyi 32 səhifəlik trast müqaviləsində ona 100 milyon dollar, 48 almaz, almaz üzüyü və daşınmaz əmlaklarını – Paris və Nyu-Yorkdakı mənzillərini, Nyu-Meksikodakı rançosunu və Karib dənizindəki şəxsi adası Litl-Sent-Ceymsi miras qoymuşdu.

Epşteynin sərvəti ümumilikdə 40 benefisiar arasında bölünməli idi. Onlar arasında qardaşı Mark Epşteyn, Gileyen Maksuell və şəxsi pilotu Lerri Viskoski də var idi. Müqaviləyə görə, Gileyen Maksuell və Mark Epşteyn hər biri 10 milyon dollar, mühasib Riçard Kan 25 milyon, vəkil Darren İndayk isə 50 milyon dollar almalı idi.
Karina Şulyak Belarusdan olub, Minskdə məktəb oxuyub, sonra Belarus Dövlət Tibb Universitetinə daxil olub və 2009-cu ildə “Work and Travel” proqramı ilə ABŞ-a gəlib. Epşteyn onun Kolumbiya Universitetində təhsil haqqını ödəyib, iş icazəsi və anasının ABŞ-da müalicəsini maliyyələşdirib. Mənbələrə görə, Karina Epşteynin yanında pul üçün deyil, ona aşiq olduğu üçün qalmışdı.

Qurbanlara ödənilən kompensasiyalar səbəbindən Karina hələ miras ala bilməyib. Vəsiyyətin icraçıları Riçard Kan və Darren İndayk bildiriblər ki, qurbanların tələbləri tam ödənilməyənə qədər heç bir benefisiar “bir sent belə” almayacaq. Ehtimal olunur ki, Karina hazırda Nyu-Yorkda yaşayır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...