“Bir nəfərin kredit borcuna görə, bankın ailə üzvlərinə zəng vurması qanunsuzdur”

Redaktor

06.02.2026 15:48
395

“Bir nəfərin kredit borcuna görə, bankın ailə üzvlərinə zəng vurması qanunsuzdur”

Şəxsin qardaşı bankdan kredit götürüb və hazırda həmin borcun ödənilməsində çətinlik yaşayır. Bank isə zamin olmayan valideynlərə və digər ailə üzvlərinə gündə bir neçə dəfə müxtəlif nömrələrdən zəng edir. Bu, ailə üzvlərində psixoloji gərginlik yaradır.

Zaminlik və hüquqi öhdəlik olmadan bankın ailə üzvlərinə davamlı zəng etməsi nə dərəcədə qanunidir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Valyuta.az-a bildirib ki, bankların bu hərəkəti tamamilə qanunsuzdur:

"Borclu kredit müqaviləsinə əsasən şəxsən məsuliyyət daşıyır. Zamin isə yalnız zaminlik müqaviləsi üzrə öhdəliklərinə görə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin tərəfi olmayan hər hansı bir qohuma zəng edilməsi və ya ona istənilən formada təzyiq göstərilməsi, hətta sadəcə zəng edilməsi belə, birbaşa olaraq həm Konstitusiyanın, həm də “Fərdi məlumatlar haqqında” qanunun və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması deməkdir. Konstitusiyada şəxsi həyatın toxunulmazlığı açıq şəkildə təsbit olunub. “Fərdi məlumatlar haqqında” qanuna görə, şəxsin mobil nömrəsi fərdi məlumat hesab olunur və bu məlumatlardan sui-istifadəyə yol verilə bilməz. Bank bu məlumatlardan yalnız qanuni əsaslarla və müvafiq razılıq olduqda istifadə edə bilər. Əks halda, bu, inzibati məsuliyyət doğura bilər və bank cərimələnə bilər".

"Əgər şəxs bu cür qanunsuz zənglərlə və təzyiqlərlə davamlı şəkildə üzləşirsə, ilk növbədə bankın özünə müraciət edərək etirazını bildirməli və həmin nömrənin bankın məlumat bazasından silinməsini tələb etməlidir. Əgər bu baş verməzsə, Mərkəzi Bankın qaynar xəttinə müraciət olunaraq məlumatların silinməsi və bankla bağlı tədbir görülməsi tələb oluna bilər. Bundan əlavə, şəxs mənəvi zərərə görə və bankın öhdəliklərinin müəyyən olunması məqsədilə məhkəməyə də müraciət edə bilər", - deyə C.Qasımzadə əlavə edib. 

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...