Alimentin ödənilməməsi hansı hüquqi məsuliyyət yaradır?

Redaktor

06.02.2026 19:21
247

Alimentin ödənilməməsi hansı hüquqi məsuliyyət yaradır?

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Konstitusiyasına və “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu qərarların icra edilməməsi hüquqi məsuliyyət yaradır və məhkəmə aktlarının vaxtında icrası hüquqi dövlət prinsipinin əsas tələblərindəndir.

Alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni pozuntu bir il ərzində təkrar törədildikdə məsuliyyət daha da ağırlaşdırılır.

Borclu şəxs inzibati xəta üzrə məhkəmə qərarı qəbul edilənədək icra sənədini yerinə yetirdikdə inzibati məsuliyyətdən azad olunur ki, bu da məhkəmə qərarlarının könüllü icrasını təşviq edir. Məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilməməsi və ya icrasına maneçilik törədilməsi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır və bu hallarda cərimə və ya azadlıqdan məhrumetməyədək cəzalar nəzərdə tutulur. Bununla belə, Cinayət Məcəlləsinin 306.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad olunur.

Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən, cinayət məsuliyyəti inzibati məsuliyyətdən sonra məhkəmə aktının qərəzli olaraq icra edilməməsi hallarında yaranır və bu yanaşma hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.

©Xəzərxəbər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...