Redaktor
"Nvidia" 30 ildən sonra ilk dəfə heç bir yeni qrafik kart təqdim etməyəcək
"Nvidia" bu il yeni oyun GPU-larını buraxmayacaq – bu, son 30 il ərzində ilk dəfə baş verir. Şirkət çatışmayan yaddaşı öz data-mərkəz sürətləndiricilərinə yönəltməyi qərara alıb.
Valyuta.az xəbər verir ki, bu barədə “The Information” nəşri mənbələrə istinadən yazıb.
Süni intellektin (AI) sürətli inkişafı səbəbindən "Nvidia" əvvəlcədən planlaşdırılan "RTX 5000 Super" seriyasının modellərini yanvar ayında təqdim etməyəcək. Onların gələcəyi hələ də tam aydın deyil, amma şirkət buraxılışı tamamilə ləğv edə bilər.
2026-cı ildə "Nvidia"dan gözlənilən yeganə yenilik isə PC və noutbuklar üçün yerli AI-tətbiqlərinə fokuslanan N1X/N1 ARM çipləri olacaq.
Bundan əlavə, "Nvidia" "RTX 50xx "seriyasının istehsalını azaltmağı planlaşdırır ki, bu da pərakəndə satışda çatışmazlıq və bəzi modellərin – xüsusilə "RTX 5090", "RTX 5070 Ti" və 16 GB yaddaşlı "RTX 5060 Ti" – qiymətlərinin artmasına səbəb ola bilər.
Sosial və texnologiya mənbələrinə görə, növbəti nəsil GPU-ların – "Rubin" kod adlı "RTX 60" seriyasının – təqdimatı da təxirə sala bilər. Əvvəlcə bu videokartların 2027-ci ilin sonlarına yaxın buraxılması planlaşdırılsa da, indi ən yaxşı halda onların təqdimatı 2028-ci ilə qədər gecikəcək.
Eyni zamanda, media xəbər verir ki, AMD qrafik kartları 2026-cı ilin əvvəlindən ikinci dəfə qiymət artımı yaşayacaq. Yanvarda "Radeon RX 9000" modelləri təxminən 5-10% bahalaşıb.
Steam platformasında aparılan son sorğuya görə, istifadəçilərin 73%-dən çoxu "Nvidia" qrafik kartlarından istifadə edir, AMD-nin payı isə yalnız 18%-dir. Ən populyar qrafik kart "GeForce RTX 4060" hesab olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026