Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

Redaktor

28.03.2025 19:20
716

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

Bəzən adi bir kommunal sənəd gözlənilməz bir problemə çevrilə bilir. Xüsusilə də orada yazılan borcun sizə aid olmadığını düşündüyünüz halda problem daha böyük görünür. Bu kimi hallarda çoxları çaşqınlıq yaşayır və nə etməli olduğu barəsində çətinliklərlə üzləşir. Halbuki, hər problemin həll yolu olduğu kimi bu problemin də həlli olmalı, müvafiq addımlar atılmalıdır. Bəs əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

Valyuta.az xəbər verir ki, bu barədə hüquqşünas Aydan Rəhimli məlumat verib: “İlk olaraq siz kommunal xidmət göstərən quruma müraciət etməlisiniz. Burada əsassız yaranmış kommunal borcun hansı formada yaranması aydınlaşdırılmalıdır. Ola bilər ki, siz mənzilin yeni sahibisiniz və həmin borc köhnə sahiblə əlaqədar sizə yazılıb, yaxud da mənzil uzun müddət boş qalıb, lakin kommunal borc hesablanıb. Eləcə də ola bilər ki, texniki səhv nəticəsində kommunal borc artıq və əlavə olaraq hesablanıb.

Belə olduğu təqdirdə sizin təqdim etdiyiniz sübutlar, yəni ödəniş qəbzləri, mənzilin çıxarışı, müqavilə və.s bu sənədlər əsasında kommunal xidmət göstərən qurum sizin müraciətinizi araşdırır. Əgər 15 gün müddət keçsə və sizə müvafiq bir cavab verilməzsə, siz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlisiniz.

Əgər müsbət bir nəticə hasil olmazsa, məhkəməyə müraciət edə bilərsiniz".

Sərvanə Rəmixanova

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünya Bankı iqtisadiyyatın artım proqnozunu azaldıb

11.06.2026

Məşhur şirkət yarım milyondan çox yolsuzluq avtomobilini geri çağırır

11.06.2026

BMU-nun məzun gününü təşkil edəcək şirkət məlum oldu

11.06.2026

Müddətli əmanətlərə ən yüksək faiz verən 5 iqtisadi region

11.06.2026

İstifadəçilər "Instagram"da nə görəcəklərinə özləri qərar verəcək

11.06.2026

Sakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır

11.06.2026

Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib

11.06.2026

"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək

11.06.2026

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

11.06.2026

İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi

11.06.2026

7 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı

11.06.2026

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Məzənnə

Yüklənir...