“E-Şikayət” sistemində karqo üzrə şikayətlərə baxılacaq

Redaktor

30.04.2024 15:33
977

“E-Şikayət” sistemində karqo üzrə şikayətlərə baxılacaq

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.

Valyuta.az xəbər verir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər.

Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Qeyd edək ki, hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

“E-Şikayət” sistemindən istifadə ilə bağlı ətraflı məlumatı vizual təlimata nəzər yetirməklə əldə etmək olar. Vətəndaşlar, həmçinin sürətli poçt rabitəsi xidməti göstərən lisenziyalı poçt rabitəsi operatorlarının interaktiv siyahısı ilə İKTA-nın rəsmi saytında tanış ola bilərlər.

Adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyada nə qədər pul var? - SƏHƏR OXUSU

04.02.2026

Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir

03.02.2026

Bu kriptovalyuta Trampın adını daşıyacaq

03.02.2026

Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu

03.02.2026

İsrail və Azərbaycan memorandum imzaladı

03.02.2026

Bakıda torpaq 15 faiz bahalaşacaq

03.02.2026

Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib

03.02.2026

"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir

03.02.2026

Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir

03.02.2026

Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?

03.02.2026

"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı

03.02.2026

Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur

03.02.2026

İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır

03.02.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

03.02.2026

Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi

03.02.2026

“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®

03.02.2026

Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub

03.02.2026

Kredit sığortası ödənişlərində 16 minlik azalma

03.02.2026

Hərbi prokurora yeni müavin təyin olundu

03.02.2026
"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

03.02.2026

Məzənnə

Yüklənir...