Redaktor
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Valyuta.az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır:
"Görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır".
Müraciətdə vurğulanıb ki, piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərşəkər"in ixrac gəlirləri 2,4 milyon dollar artıb
27.03.2026DYP-dən sürücülərə XƏBƏRDARLIQ
27.03.2026WhatsApp-dan 6 mühüm yenilik
27.03.2026İntensiv yağıntılar sabah da davam edəcək
27.03.2026Xurma ixracının həcmi 7% azalıb
27.03.2026İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27.03.2026“Deccan AI” 25 milyon dollar investisiya alıb
27.03.2026Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb
27.03.2026Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib
27.03.2026Sement ixracından gələn gəlirlərdə milyonluq azalma olub
27.03.2026Vaqif İsrəfilzadənin vəzifəsi kiçildildi, yerinə təyinat oldu
27.03.2026