Redaktor
İntensiv yağıntılar sabah da davam edəcək
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Bu barədə Valyuta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərWhatsApp-dan 6 mühüm yenilik
27.03.2026İntensiv yağıntılar sabah da davam edəcək
27.03.2026Xurma ixracının həcmi 7% azalıb
27.03.2026İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27.03.2026“Deccan AI” 25 milyon dollar investisiya alıb
27.03.2026Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb
27.03.2026Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib
27.03.2026Sement ixracından gələn gəlirlərdə milyonluq azalma olub
27.03.2026Vaqif İsrəfilzadənin vəzifəsi kiçildildi, yerinə təyinat oldu
27.03.2026