Xurma ixracının həcmi 7% azalıb

Redaktor

27.03.2026 13:35
25

Xurma ixracının həcmi 7% azalıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycan 38 min 605 ton həcmində xurma ixrac edib.

Valyuta.az xəbər verir ki, ixrac olunan xurmanın dəyəri 30 milyon 913 min ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 432 min ABŞ dolları və ya 1,4% artıb. Həcmdə isə azalma qeydə alınıb. İxrac olunan məhsulun miqdarı 3 min 224 ton və ya 7,7% azalıb.

Hesabat dövründə xurma ixracından əldə edilən gəlirlər ölkənin ümumi ixrac gəlirlərinin 0,8%-ni təşkil edib.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...