Redaktor
Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub
Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Bu barədə Palatanın hesabatında deyilir.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, dövlәt büdcәsi vәsaitlәrinә illik tәlәbatın düzgün müәyyәn edilməməsi ilə 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat vәsait müxtәlif şәrtlәrlә banklarda depozit kimi yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 milyon 516,3 min manat olub.
Bundan başqa, müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından iki әdәd lokomotivin alınması tәyinatı üzrә ayrılmış bir milyon manat vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk lokomotivlərin alınmasından sonra qalan 177,8 min manat tәyinatı bәlli vәsaitin auditin keçirildiyi müddәtin sonuna qədər agentliyin bank hesabında saxlanılıb vә büdcәyә qaytarılmayıb.
Aidiyyәti hüquqi aktın tәlәblәri pozularaq icarәdәn әldә edilmiş 164,6 min manat mәblәğindә vәsaitin 50%-i (yәni, 82,3 min manatı) büdcәyә köçürülmәyib, eyni zamanda kәnar hüquqi şәxslәrin istifadәsinә verilmiş sahәlәrә görә әmlak vә torpaq vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsi tәmin edilmәyib.
Palata müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәr görülməsi, qanunvericiliklә müәyyәn edilmiş qaydada mәlumat verilmәsi mәqsәdilә müvafiq Kollegiya Qәrarının vә Auditor hesabatının surәtinin agentliyə göndәrilmәsini, audit nәticәlәri üzrә aşkar edilmiş aidiyyәti nöqsanlarla әlaqәdar qanunvericiliklә müәyyәn edilmiş sәlahiyyәtlәr çәrçivәsindә zәruri tәdbirlәr görülməsi üçün Maliyyә Nazirliyinә, İqtisadiyyat Nazirliyi yanında Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktublar göndәrilmәsini, auditin müvafiq nәticәlәri ilә әlaqәdar Nazirlәr Kabinetinә mәlumat tәqdim edilmәsini "Hesablama Palatası haqqında" Qanuna uyğun olaraq, Milli Mәclisә auditin nәticәlәri barәdә mәlumat verilmәsini təklif edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGeyimlərə çəkilən xərc 68 milyonu keçdi
19.03.2026Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?
19.03.2026Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı
19.03.2026İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
19.03.2026Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb
19.03.2026Yanmayan və köhnəlməyən su batareyası: Lityum-ionun hökmranlığı sarsılır
19.03.2026Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
19.03.2026"Intel", yoxsa AMD: Prosessor müharibələrində balans dəyişir?
19.03.2026İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19.03.2026İlk iki ayda 35 ədəd noutbuk istehsal edilib
19.03.2026500 000 ABŞ dolları investisiya alan startap
19.03.2026Bu istiqamətdə birbaşa hərəkətə icazə verildi
19.03.2026Firdovsi Əliyev özünə yeni müavin təyin etdi
19.03.2026
Böyük şirkətlərə CV atıb gözləməyin, startaplar yaradın
19.03.2026Lüks dünyasının ilk 3-lüyü - Milyardlıq brendlər
19.03.2026"Omid"ə məxsus mağazada nöqsan aşkarlandı
19.03.2026Qızıla, yoxsa gümüşə investisiya daha yaxşıdır?
19.03.2026