Redaktor
DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT
Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib.
Bu barədə Valyuta.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.
DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları - 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü "Abdurrahman əl-Azəri" dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
Adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycandakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Faizlərdən ən çox qazanan banklar - RENKİNQ
27.01.2026Zaur Əliyev həmin dəyişiklikdən danışdı
27.01.2026Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?
27.01.20262 BOKT-un vəzifəli şəxsi cərimələnib
27.01.2026Azərbaycan nefti ucuzlaşıb
27.01.2026Vəli Əkbər vəzifəsindən azad olundu - AZTV-də kadr dəyişikliyi
27.01.2026DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT
27.01.2026Bu bölgələrdə yeni iş yerlərinin sayı azalıb - CƏDVƏL
27.01.2026Avro dəyərlənərkən, rubl ucuzlaşır
27.01.2026